Qalibaf Trampı hədələdi – “Ballistik raketlərimiz hər yerə çata bilir”

“İran dəqiq zərbə endirən ballistik raketlərini heç bir məhdudiyyət olmadan bir neçə min kilometr uzaqlıqdakı hədəflərə ata bilər”.

Teleqraf xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.

“Tramp bilməlidir ki, öz iradəsini güc hesabına İran xalqına və silahlı qüvvələrə qəbul etdirə bilməz. Həm də bilməlidir ki, danışıqlar da mübarizə meydanıdır; diplomatiya təslim olmaq deyil, meydandakı gücü siyasi nailiyyətə çevirməkdir”, - spiker əlavə edib.