Qazaxıstan Prezidenti Trampı təbrik etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ Prezidenti Donald Trampı “Artemis-2” missiyasının uğurla başa çatması münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

“Dövlət başçısı ABŞ Prezidentinə Artemis-2 missiyasının uğurla başa çatması münasibətilə təbrik məktubu göndərərək, son yarım əsrdə bəşəriyyətin Aya ilk səfərinin kosmik tədqiqatlarda tarixi mərhələ olduğunu qeyd edib. Prezident ABŞ-nin qabaqcıl elmi nailiyyətlərini yüksək qiymətləndirib. Bunun dünyanın hər yerindən yeni nəsil alimlərə, mühəndislərə və tədqiqatçılara ilham verəcəyini və onların bilik üfüqlərini genişləndirəcəyini söyləyib. Kasım-Jomart Tokayev Donald Trampa “Artemis” proqramının və kosmik sektordakı digər təşəbbüslərin həyata keçirilməsində uğurlar arzulayıb”, - mesajda bildirilir.

Xatırladaq ki, NASA-nın “Artemis-2” missiyası çərçivəsində Ayın ətrafında fırlanan “Orion” kosmik gəmisi Kaliforniyanın Sakit okean sahillərinə uğurla eniş edib.