Qazaxıstanda yeni Konstitusiya layihəsinin qəbulu ilə bağlı keçirilən referendumda səsvermə prosesi başa çatıb.
APA-nın Astana şəhərinə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, ölkə üzrə yerli vaxtla saat 07:00-da fəaliyyətə başlayan bütün seçki məntəqələri saat 20:00-da bağlanıb.
Qazaxıstanın Mərkəzi Referendum Komissiyasının məlumatına görə, referendumda iştirak etmək hüququna malik 12 milyondan çox vətəndaş seçici siyahılarına daxil edilib. Səsvermənin təşkili üçün ölkə daxilində və xaricdə ümumilikdə 10 mindən artıq seçki məntəqəsi fəaliyyət göstərib. Onların bir hissəsi Qazaxıstan vətəndaşlarının xaricdə səs verməsi üçün müxtəlif ölkələrdə yerləşən diplomatik nümayəndəliklərdə yaradılıb.
Səsvermə prosesinin şəffaflığını təmin etmək məqsədilə referendumun monitorinqinə 359 beynəlxalq müşahidəçi və 206 xarici media nümayəndələri də cəlb olunub.
Qeyd edək ki, referendum Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevin təşəbbüsü ilə keçirilib və ölkədə genişmiqyaslı konstitusiya islahatlarının həyata keçirilməsini nəzərdə tutur. Təklif olunan layihəyə əsasən, Konstitusiyanın mətninin böyük hissəsi yenilənib və yeni maddələr əlavə olunub.
Referendumun yekun nəticələri səslərin hesablanması başa çatdıqdan sonra rəsmi şəkildə elan olunacaq.
Faiq
Faiq Mahmudov
Qazaxıstan
Kon