Qazaxıstandan sonra Özbəkistan hədəf götürülüb
Yusif Nəzərli
03:24 12.01.2022
Gündəm
827
Lukaşenkonun dili ilə Daşkəndə demək istəyirlər ki, "əgər bizimlə olmasan", ölkəndə xaos, vətəndaş qarşıdurması yaşanacaq
Belarus Prezidenti Aleksandr Lukaşenko Özbəkistan hökumətinə səslənib. Lukaşenko bildirib ki, Özbəkistan Qazaxıstanda baş verən hadisələrdən nəticə çıxarmalıdır. Belarus prezidenti iddia edib ki, əgər rəsmi Daşkənd nəticə çıxarmasa, Qazaxıstandakı kütləvi etiraz aksiyalarının təşkilatçılarının baxışları Özbəkistana yönələcək. Lukaşenkoya görə, Qazaxıstan və ümumilikdə Mərkəzi Asiyanın postsovet respublikaları ətrafında vəziyyəti gərginləşdirmək istəyən çox sayda qüvvə cəmləşib: “Qazaxıstanla sərhəddə çoxlu sayda beynəlxalq terrorçu toplanıb.
Postsovet respublikalarında bu mənfi tendensiyaları aradan qaldırmaq üçün, indiki halda Qazaxıstanda olan problemi yalnız Qazaxıstan çərçivəsində həll etmək kifayət etmir. Gördüyümüz kimi, ən yaxın xalqlar - qazaxlar və qırğızlar postsovet dövründən miras qalmış və yaradılmış çətin problemləri birlikdə həll etməyə çalışmalıdırlar”. Özbəkistanın Tədqiqat Təşəbbüsləri Mərkəzinin direktoru Mano Bəxtiyar Yerqaşev bildirib ki, ölkənin terror qruplaşmalarının hücumlarını dəf etmək təcrübəsi var. Onun sözlərinə görə, Özbəkistanda vəziyyəti ayıq və sakit şəkildə qiymətləndirirlər və başa düşürlər ki, ölkədə “yatmış” terrorçu və ekstremist hüceyrələr var: “Güclü və koordinasiyalı bir hərəkat olarsa, o zaman kömək lazım ola bilər. Amma KTMT-yə qayıtma ehtimalı azdır. Özbəkistan KTMT-yə deyil, 2005-ci ildə müttəfiqlik münasibətləri haqqında müqavilə imzaladığı ölkəyə üz tutacaq. Bu isə Rusiyadır”. Yerqaşev qeyd edib ki, Özbəkistanda Qazaxıstandakı vəziyyətdən fərqli olaraq, elita daxilində ciddi ziddiyyətlər yoxdur.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Qazaxıstandan sonra Özbəkistanı hədəf götürüblər. Ekspertin fikrincə, Lukaşenkonun diliylə Daşkəndə demək istəyirlər ki, “əgər bizimlə olmasan, Qazaxıstanda olduğu kimi Özbəkistanda da xaos və vətəndaş qarşıdurması yaşanacaq”. Analitik xatırladıb ki, 17 il əvvəl Özbəkistanda Qazaxıstandakına bənzər olaylar - Əndican şəhərində olmuşdu:
“Özbəkistanın keçmiş prezidenti İslam Kərimov heç kimdən dəstək istəmədən etirazı yatırtdı. Doğrudur, bu zaman müxtəlif mənbələrə görə, Qazaxıstanda olduğu kimi Özbəkistanda da yüzlərlə insan həlak oldu. Bunun nə qədərinin radikal element, nə qədərinin dinc etirazçı olduğu indiyənə qədər bəlli deyil. Hər halda İslam Kərimov Tokayev kimi Moskvaya müraciət edib ölkəsinin müstəqilliyini təhlükə altına atmadı. Ancaq indi Moskva Daşkəndi xəbərdar edir ki, Qazaxıstandan sonra Özbəkistanda da etirazlar və bunun ardınca silahlı toqquşmalar başlayacaq. Məqsəd Özbəkistanı da təşkilata üzv edib üzvlərin sayını çoxaltmaqdır”.
E.Şahinoğlu xatırladıb ki, gələn xəbərlərə görə, Özbəkistan Prezidenti Şövkət Mirziyoyev Qazaxıstan hadisələrinin fonunda polis və ordunun gücləndirilməsi istiqamətində addımlar atıb:
“Deyilənə görə, yerlərdə məmurların fəaliyyətləri nəzarət altına alınıb. Özbəkistanda sosial problemlər Qazaxıstandan az deyil. Ona görə heç nə istisna edilmir. Bir ay əvvəl kimsə Qazaxıstanın qarışacağını və bu ölkəyə kənar hərbi müdaxilənin reallaşacağını proqnozlaşdıra bilməzdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya