Qeydiyyata alınmayan "Müsavat"da vəziyyət nə yerdədir? - AÇIQLAMA
Yusif Nəzərli
14:06 08.09.2023
Gündəm
625
Ədliyyə Nazirliyi tərəfindən siyasi partiyaların qeydiyyata alınması prosesi davam edir. İndiyədək Vətəndaş Həmrəyliyi Partiyası (VHP), AĞ Partiya, Ümid Partiyası, Haqq Ədalət Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Ana Vətən Partiyası, Milli Cəbhə Partiyası müsbət cavab alıb.
Sənədlərlə bağlı qüsurlar aşkarlanan “Müsavat” Partiyasının başqan müavini Gülağa Aslanlı “Sherg.az”a bildirib ki, nəticəni gözləyirlər:
“Bizə məlumat verilməyib. Görünən odur ki, sənədlərin yoxlanılması gedir. Müsavat partiyasının da sənədləri yoxlanılır. Biz arxayınıq. Bilirik ki, Müsavat partiyasının sənədləri yerindədir, səliqəlidir, dürüstdür, doğrudur. Bundan sonra qərar vermək hakimiyyətin işidir. Qərarın hakimiyyət tərəfindən verilməsi gözlənilir. Biz də nəticəni gözləyirik, nəticənin də Müsavatın xeyrinə olacağına əminik”.
Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını nazirliyə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.
Yeganə qeydiyyata alınan partiya hakim Yeni Azərbaycan Partiyası olub. Nöqsanlarla bağlı digər partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib. Bir çox partiya üzvlük siyahılarındakı problemləri aradan qaldıraraq yenidən Ədliyyə Nazirliyinə müraciət edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat