QMİ sədri Şuşadan erməni kilsəsinə səsləndi: "Revanşizmə, nifrət və təxribatlara son qoyun!"
Yusif Nəzərli
08:33 20.10.2022
Gündəm
410
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Şuşadan erməni kilsəsinə, Eçmiədzinə müraciət edərək revanşizmə, nifrət və təxribatlara son qoymalarını istəyib.
“Report”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, o, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderlərinin Şuşada keçirilən üçüncü görüşündə çıxışı zamanı erməni kilsəsinin rəhbərliyinin Xankəndiyə səfərlər edərək revanşist bəyanatlar səsləndirməsinin böyük təəssüf doğurduğunu bildirib.
"Bir əlində "İncil", bir əlində avtomat həyat deyil, ölümə, dinc birgəyaşayışa deyil, işğala, zülmə və zora xeyir-dua vermək dini dəyərlərlə bir araya sığmır, erməni xalqına vəd etdikləri səadət əvəzinə yeni faciələr gətirməkdədir. Nə qədər gec deyil, erməni kilsəsi Uca Yaradan qarşısında üzərinə düşən mənəvi missiyasını yerinə yetirərək, öz xalqının taleyini, ermənilərin tarixi müqəddəratını düşünərək müdriklik nümayiş etdirməli, xalqını məhvə sürükləmək əvəzinə, onu xilas edəcək, ona nicat və tərəqqi gətirəcək ideyalar təlqin etməlidir. Buradan, azad Şuşadan erməni kilsəsinə, Eçmiədzinə səslənirəm - revanşizmə, nifrət və təxribatlara son qoyun! Uca Yaradan qarşısında mənəvi borcunuzdan çıxış edərək ölümə, yeni müsibət və faciələrə deyil, həyata çağırın! Yalan vədlər deyil, məhz həqiqətləri demək sizin erməni xalqı qarşısında ən böyük tarixi xidmətiniz olar”, - o deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya
Peskov: Rusiyaya atəşkəs yox, sülh lazımdır
10:31 02.10.2026
Dünya
Paşinyan Minskdəki iclasa onlayn qatıldı
10:29 02.10.2026
Dünya
Güllü Muradovaya vəzifə verildi
10:25 02.10.2026
Mədəniyyət
Nazirdən ŞOK AÇIQLAMA: 10 minə yaxın müəllim...
10:24 02.10.2026
Elm və Təhsil
Ermənistan Azərbaycanın ardınca getməyə çalışır?
10:22 02.10.2026
Region
Tramp İran rəhbərliyini hədələdi
10:20 02.10.2026
Dünya