“İranın nüvə silahı hazırlamadığından əmin olmaq məqsədilə Tehranın nüvə proqramı üçün çox güclü yoxlama sistemi lazımdır”.
Teleqraf xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi deyib.
"Düşünürəm ki, ABŞ və İran arasında əldə olunmuş son razılaşmanın məqsədi Tehranda nüvə silahının hazırlanmasının qarşısını almaqdır. İran hökuməti də belə bir niyyətinin olmadığını açıq şəkildə bəyan edib. Amma təkcə niyyət bildirmək kifayət deyil. Praktiki şəkildə mümkün olsa, mümkün qədər tez çox güclü yoxlama sistemi qurmalıyıq”, - o bildirib.