Rəsmi Bakı dünyaya nümayiş etdirir ki, Qarabağ Azərbaycandır - Deputat
Yusif Nəzərli
12:19 26.07.2023
Gündəm
861
Azərbaycanın Qarabağda yaşayan ermənilərin ərzaq və humanitar yardım tədarükü üçün Ağdam yolundan istifadə etməsi ilə bağlı təklifi Brüssel görüşündə Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel tərəfindən də dəstəklənib.
Lakin ermənilər bu yoldan istifadə etməkdən imtina edir. Bu da Ermənistan tərəfindən aparılan siyasi spekulasiyadır və rasist yanaşmanın göstəricisidir. Çünki Ermənilərin heç bir normal arqumenti yoxdur.
Bu spekülatif addımların Azərbaycanda yaşayan ermənilər girov saxlamaq istəyən qüvvələr tərəfindən həyata keçirildiyini deyən millət vəkili Asim Mollazadə "Sherg.az"avurğulayıb ki, Vardanyan və Areturyan kimilər müharibənin davamını istəyirlər:
"Bu səbəblə də qəbul etmirlər ki, Qarabağın Azərbaycanın tərkib hissəsidir. Orada yaşayan ermənilər bizim tərkib hissəmizdə yaşayırlar. Ümumiyyətlə humanitar yardım Ağdam yolu vasitəsilə çatdırıla bilər. Hətta beynəlxalq təşkilatlarda göndərmək istədiyi yardımlar da Ağdam yolundan isifadə edərək aparıla bilər. Rəsmi Bakı çatdırılmanın təhlükəsizliyini də təmin etməyə hazırdır. Ümumiyyətlə bu Azərbaycan tərəfindən irəli sürülən humanitar bir jestdir. Rəsmi Bakı bu yolla bütün dünyaya yenə də nümayiş etdirir ki, Qarabağ Azərbaycandır və hər kəs bizim suverenliyimizə hörmətlə yanaşmalıdır. Həmçinin Laçın yolu Ağdam yoluna görə daha əlverişsizdir. Ona görə da Ağdam yolundan istifadə ermənilər üçün ən əlverişli çıxış yoludur".
Qeyd edək ki, Qarabağda yaşayan ermənilərə ərzaq tədarükünün Ağdam yolu ilə həyata keçirilməsi logistik baxımdan daha sərfəlidir. Belə ki, Ağdam yolu daha qısadır və daşınma daha ucuz başa gəlir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Daha 17”nin ulduzları eşq yaşayır?
04:50 19.08.2026
Şou
Gündə beş fincan qəhvə içməyin təəccüblü faydası
04:14 19.08.2026
Sağlamlıq
Bu, Moskva üçün qəbuledilməzdir - Uşakov
02:57 19.08.2026
Region
Bununla müharibə yenidən başlayacaq - Arakçı
01:26 19.08.2026
Aktual
İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
01:04 19.08.2026
Aktual
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər
00:43 19.08.2026
Dünya
İsrail HƏMAS komandirlərinin görüş yerini vurdu
23:42 18.08.2026
Gündəm
Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi
23:03 18.08.2026
Gündəm
Türkiyə İsrailin Suriyaya hücumlarını pislədi
21:57 18.08.2026
Dünya
Vəkil Elşad Məmmədov həbs edilib
21:43 18.08.2026
Hadisə
Türkiyəli deputat keçmiş partiyadaşı tərəfindən bıçaqlanıb
21:30 18.08.2026
Gündəm
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
21:03 18.08.2026
Dünya
“Neftçi” serbiyalı futbolçunu transfer etdi
20:50 18.08.2026
Futbol
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
20:35 18.08.2026
Dünya
Tramp BƏƏ Prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
20:26 18.08.2026
Gündəm