ABŞ Konqresinin Nümayəndələr Palatasında Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsi prosedur səsverməsində dəstək qazanıb.
Sherg.az xəbər verir ki, C-SPAN telekanalının yayımına əsasən, sənədin lehinə 214, əleyhinə isə 211 konqresmen səs verib. Qanun layihəsi üzrə yekun səsvermənin sentyabrın 16-da keçirilməsi gözlənilir.
Sənədin qəbul ediləcəyi təqdirdə ABŞ Prezidenti Donald Trampın imzasına göndərilməsi nəzərdə tutulur.
“Lindsi Qrehem qanunu” adlandırılan layihə Rusiyanın siyasi və hərbi rəhbərliyinə, eləcə də dövlət şirkətlərinə qarşı məhdudiyyətlərin sərtləşdirilməsini nəzərdə tutur. Bundan əlavə, Rusiyanın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi təklif olunur.
Layihədə, xüsusilə Çin və Hindistana qarşı 100 faizə qədər gömrük rüsumlarının tətbiqinə imkan verilməsi nəzərdə tutulur.