"Kiyev Universitetinin birinci kursunda oxuyarkən Antuaneta Lopes adlı çox gözəl kaboverdeli qıza aşiq olmuşdum”
“Dünya Çempionatında (DÇ) əvvəldən Kabo-Verde millisinə azarkeşlik edirəm. Birincisi, mən həmişə zəif tərəfi dəstəkləyirəm. İkinci səbəb odur ki, Kiyev Universitetinin birinci kursunda oxuyarkən Antuaneta Lopes adlı çox gözəl kaboverdeli qıza aşiq olmuşdum”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili sosial mediada yazıb.
“İki il - sovet ordusuna çağırılana qədər Kiyev Universitetinin əfsanəvi binasında eyni parta arxasında oturmuşuq, Kiyevin küçələrində, gözəl parklarında və kinoteatrlarında əl-ələ gəzmişik.
Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsində çoxlu kaboverdeli tələbə vardı. Onlar digər afrikalı tələbələrdən yaxşı təhsilləri ilə seçilirdilər. Çox səmimi və mehriban insanlardır. Mən həmin adalarda da olmuşam. Kabo-Verde ərazi, mədəniyyət və etnik baxımdan Afrikadan daha çox Avropaya yaxındır.
Əgər Kabo-Verde mübarizəni dayandırsa, onda çox sevdiyim Niderland yığmasının azarkeşi olacam, bəlkə də çempionluğu da qazanarıq”, - Saakaşvili qeyd edib.