Şahbaz Şərif: İslamabad razılaşma memorandumunun imzalanmasında Türkiyənin rolu böyükdür

Türkiyənin güclü dəstəyi regionda aydın şəkildə hiss olunur və İslamabad razılaşma memorandumunun imzalanması prosesində Ankaranın mühüm rolu olub.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu fikirləri Türkiyədə rəsmi səfərdə olan Pakistanın Baş naziri Şahbaz Şərif Prezident Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında səsləndirib.

“Əməkdaşlığımız təkcə sözlərlə məhdudlaşmır, konkret addımlarla da möhkəmlənir. Türkiyə ilə əbədi və sarsılmaz həmrəyliyimizi bir daha təsdiqləyirik. Türkiyənin uğuru Pakistanın uğurudur, Pakistanın nailiyyətləri isə Türkiyənin nailiyyətləridir”, – Pakistanın Baş naziri vurğulayıb.