Şahin Mustafayev: “Azərbaycan və Özbəkistan bir çox sahələrdə əməkdaşlığa böyük önəm verir”
17:28 14.09.2023
Gündəm
569
“Azərbaycan və Özbəkistan arasında dövlətlərarası münasibətlərdə ticari-iqtisadi əməkdaşlıq əsas prioritetlərdən biridir”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Özbəkistan Respublikasının müstəqilliyinin elan edilməsinin 32-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.
“Dövlət başçılarının qarşıya qoyduğu məqsədlərə uyğun olaraq, hökumətlərimiz ticari-iqtisadi əməkdaşlıq istiqamətində zəngin potensialımızın maksimum dərəcədə reallaşdırılması üçün ardıcıl səylər göstərirlər. Bir müddət əvvəl 500 milyon dollar nizamnamə kapitalı ilə yaradılmış Birgə İnvestisiya Fondu bu məqsədə çatmağa töhfə verəcək”, - o bildirib.
Ş.Mustafayev onu da qeyd edib ki, hər iki ölkə bir çox sahələrdə əməkdaşlığa, o cümlədən mədəni-humanitar əlaqələrə böyük önəm verir: “Mədəni-humanitar sahədə əməkdaşlıq dövlətlərarası münasibətlərimizin əsasını təşkil edir. Avqust ayında Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri böyük uğurla keçirildi. Azərbaycan ictimaiyyəti bir daha qardaş özbək xalqının nümayəndələrinin yüksək məharətinin və istedadının şahidi oldu”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat