Şahın oğlu İran ordusuna müraciət etdi

“ABŞ və İsrailin İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) məhv etmək və rejimin terror infrastrukturunu sıradan çıxarmaq planı İran xalqı tərəfindən geniş şəkildə dəstəklənir”.

Teleqraf xəbər verir ki, bunu İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi deyib.

“Rejimin insanları canlı sipər kimi istifadə etməsi dəhşətli cinayətdir. İranın mülki təhlükəsizliyi və həyati infrastrukturlarının qorunması prioritet olmalıdır”, - o bildirib.

Rza Pəhləvi İran Silahlı Qüvvələrinə də müraciət edib: “Silahlarınızı yerə qoyun və xalqla birləşin. Əgər bunu etsəniz, azad İranda sizə yer olacaq”.