Şavkat Mirziyoyev Gürcüstana yola düşdü

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dövlət səfəri ilə Gürcüstana yola düşüb.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Tbilisidə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə ali səviyyədə ikitərəfli danışıqlar aparılacaq.

Tərəflər Özbəkistan-Gürcüstan dostluq münasibətlərinin və çoxşaxəli tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəklər.

Səfər proqramına, həmçinin bir sıra mədəni-humanitar tədbirlərdə iştirak da daxildir.