Səfir: “Azərbaycan Özbəkistanın tərəfdaşları arasında özünəməxsus yer tutur”
16:53 14.09.2023
Gündəm
464
"Azərbaycan Özbəkistanın tərəfdaşları arasında özünəməxsus yer tutur".
“Report” xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Bəhrom Əşrəfxanov Özbəkistan Respublikasının müstəqilliyinin elan edilməsinin 32-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib.
“Müstəqillik illərində Özbəkistan özünün şərəfli inkişaf yolunu keçib, iqtisadiyyatın bir çox sahələrini, o cümlədən sənayeni, turizmi və digər sahələri gücləndirib. Özbəkistan demokratik, inkişaf etmiş vətəndaş cəmiyyətinə malik sosial dövlətə çevrilib. Son illərdə ölkəmiz dünya birliyində mühüm subyekt kimi statusunu möhkəmləndirib, xarici tərəfdaşlar dairəsini genişləndirib və Azərbaycan da onların arasında özünəməxsus yer tutur”, - o deyib.
Səfirin sözlərinə görə, Özbəkistan və Azərbaycan arasında ortaq tarix, adət-ənənə, din, dil, qarşılıqlı sevgi və etimada əsaslanan əlaqələr sürətlə inkişaf edir: “Bu gün böyük qürur hissi ilə qeyd edə bilərik ki, ölkələrimizin qarşılıqlı faydalı əlaqələri inkişafın zirvəsindədir, özbək və Azərbaycan xalqları arasında qardaşlıq əlaqələri isə günü-gündən möhkəmlənir. Münasibətlərimiz bütün istiqamətlərdə sürətlənməkdə davam edir”.
B.Əşrəfxanov ikitərəfli münasibətlərin keyfiyyətcə yeni səviyyəyə çatdırılmasında ölkə prezidentlərinin böyük rolunun olduğunu da qeyd edib: “Bu ilin avqustunda Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfərinin yekunları ikitərəfli əməkdaşlığın və strateji tərəfdaşlığın möhkəm təməlini daha da möhkəmləndirdi. Yüksək səviyyəli səfərin əsas nəticəsi Ali Dövlətlərarası Şuranın yaradılmasına dair sazişin imzalanması oldu ki, bu da ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın yeni və keyfiyyətli səviyyəsinin yaranmasından xəbər verir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat