Səfir: “Azərbaycan və Qazaxıstan əməkdaşlığın yeni səviyyəsinə yüksəlir”
Yusif Nəzərli
07:54 11.09.2023
Gündəm
471
“Azərbaycan və Qazaxıstan arasında ikitərəfli əməkdaşlıq yeni səviyyəyə yüksəlir və yeni mərhələdən keçir”.
“Report”un məlumatına görə, bunu Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel “Azərbaycan-Qazaxıstan: regional əməkdaşlıq” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin səviyyəsi və intensivləşməsi dövlət başçılarının qarşılıqlı səfərlərindən asılıdır: “Son 4 ayda Qazaxıstan Məclisinin nümayəndələrinin, Baş nazirinin, mədəniyyət nazirinin və digərlərinin Azərbaycana səfəri əməkdaşlığımızın səviyyəsindən xəbər verir”.
“Ölkələrimiz arasında etimada əsaslanan dialoq münasibətlərimizin dinamizminin açarıdır”, - diplomat bildirib.
Səfir vurğulayıb ki, Orta Dəhliz məsələsi gündəmdədir: “Bizim üçün mühüm tərəfdaşlıq sahələri ticarət-iqtisadi və investisiya əməkdaşlığıdır”.
A.Bayel iki ölkə arasında ticarət dövriyyəsinin dinamikasının çox yaxşı olduğunu bildirib: “2022-ci ildə ticarət dövriyyəsi 460 milyon dollara yüksəlib, bu ilin 6 ayında isə əmtəə dövriyyəsi artaraq 300 milyon dollar təşkil edib”.
Səfirin sözlərinə görə, Xəzərin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsi çox vacibdir: "Bu layihə üzrə praktiki işlərə yaxın vaxtlarda başlanılacaq. Bütün bunlar ölkələrin telekommunikasiya müstəqilliyini təmin etmək və informasiya təhlükəsizliyini qorumaq üçün edilir”.
O, həmçinin əlavə edib ki, Azərbaycan və Qazaxıstan regionda mühüm əhəmiyyətə malik ölkələrdir və buna görə də geniş kontekstdə əməkdaşlıq çox vacibdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat