Britaniya səfiri Duncan Norman Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib.
Sherg.az xəbər verir ki, bu barədə diplomat “X” səhifəsində bildirib.
O, həyatını Azərbaycanın müdafiəsinə həsr etmiş insanların xatirəsini ehtiramla yad edib.
“Böyük Britaniya Azərbaycanla müdafiə sahəsində inkişaf edən əməkdaşlığı yüksək qiymətləndirir və tərəfdaşlığımızı daha da gücləndirməkdə qərarlıdır”, - səfir qeyd edib.