Səfirimiz erməni diplomata cavab verdi
Səfirimiz erməni diplomata cavab verdi
Yusif Nəzərli
12:26 08.09.2023
Gündəm
369
“Ermənistan hökuməti” adIı irqçi fırıldaqçılar və faşist cinayətkarlar dəstəsi 1987-2000-ci illərdə Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb olunacaqlar.
Axar.az xəbər verir ki, bunu Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Vaqif Sadıqov Ermənistanın Belçika və Lüksemburqdakı səfiri Tiqran Balayanın Azərbaycana qarşı təhqiramiz paylaşımına cavabında qeyd edib.
Diplomat bildirib ki, Ermənistanın insanlıq əleyhinə cinayətlərinə və beynəlxalq hüququ pozduğuna görə qanun qarşısında cavab verəcək.
V.Sadıqov vurğulayıb ki, Ermənistanın cinayətkar, qanunazidd əməllərinin siyahısı hazırda işlənmə mərhələsindədir:
“Uzun siyahı tezliklə təqdim olunmağı gözləyir. Biz dediyimizi edirik”.
Səfir Ermənistanın cinayətkar əməllərinin bir neçəsini nümunə olaraq da göstərib:
“O vaxt əhalinin 10 faizini təşkil edən Qərbi Azərbaycanda (indiki Ermənistan) 300 000-dən çox azərbaycanlının öz tarixi torpaqlarından qovularaq insan hüquqlarının kütləvi şəkildə pozulması və etnik təmizləməyə məruz qalması, deportasiya zamanı yüzlərlə insanın qətlə yetirilməsi;
- 1990-1992-ci illərdə Azərbaycanın keçmiş “Dağlıq Qarabağ” bölgəsindən 50 000 azərbaycanlının etnik təmizləməyə məruz qalması, onlardan yüzlərləsinin erməni silahlıları tərəfindən öldürülməsi;
- 1992-1994-cü illərdə Azərbaycanın ərazi bütövlüyünün pozulması və onun beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20%-nin (16 000+ kv. km) Ermənistan tərəfindən işğalı (bax: BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələri);
- Azərbaycanın Qarabağ ərazisindən kənarda işğal olunmuş 7 rayonundan 700 mindən çox azərbaycanlının etnik təmizləməyə məruz qalması, 9 şəhər və yüzlərlə kəndin dağıdılması və yer üzündən silinməsi;
- 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində qocalar, qadınlar, uşaqlar da daxil olmaqla 600-dən çox mülki şəxsin qətlə yetirilməsi (Ruandadan 2 il əvvəl və Srebrenitsa soyqırımlarından 3 il əvvəl)”.
V.Sadıqov Azərbaycanın ərazilərini işğaldan azad etməsinə də diqqət çəkib:
“2020-ci ilin sentyabrında Azərbaycana qarşı başlatdığı 44 günlük müharibədə hərbi məğlubiyyəti və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalaması Ermənistanın 30 ildir davam edən Azərbaycan torpaqlarının işğalına faktiki son qoydu”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat