Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib
Yusif Nəzərli
11:33 14.08.2022
Gündəm
451
Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Babək Ramaldanov, Həmidağa Hüseynzadə və Cavid Cabarzadənin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib.
Müdafiə Nazirliyindən "Report"a bildirilib ki, nazirliyin və ictimaiyyətin nümayəndələri, rayon icra hakimiyyətlərinin əməkdaşları, şəhidlərin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşlarının iştirak etdiyi tədbirlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirlərdə Vətən müharibəsi şəhidlərinin məzarları üzərinə əklillər qoyulub, tər çiçəklər düzülüb və ruhlarına dualar oxunub.
Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar. Mərasim iştirakçılarına şəhidlərimizin şərəfli ömür və döyüş yolundan bəhs edən videoçarxlar təqdim edilib.
Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Anım mərasimlərində şəhidlərimizə həsr olunan şeirlər, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Oxşar xəbərlər
Nə edim, Samvel kimi deyim ki, ruslar Ermənistandan getsələr, yiyəsiz qalacağıq? - Paşinyan
13:26 17.09.2026
Prezident: Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir
13:25 17.09.2026
Xəbər lenti
Hamısına bax
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət
26 yaşlı gənc bu universitetdə dekan müavini təyin olundu
10:43 17.09.2026
Elm və Təhsil
Azərbaycan əhalisinin sayı açıqlandı
10:30 17.09.2026
Cəmiyyət
Bəzi yerlərdə yağış yağıb, duman olub - HAVA DURUMU
10:22 17.09.2026
Ekologiya
Universitetdən qovulan tələbədən son paylaşım
10:12 17.09.2026
Cəmiyyət
Bu şəhərlər 100 il sonra yox ola bilər - Siyahı
10:03 17.09.2026
Dünya
İncəsənət xadimi Alla Axundova VƏFAT ETDİ - FOTO
10:02 17.09.2026
Mədəniyyət
FHN maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb - VİDEO
09:59 17.09.2026
Hadisə
Cahangir Əsgərovun qızı xaricdə 7 milyonluq əmlak aldı
09:56 17.09.2026
Cəmiyyət