Sensasion açıqlama: “Bu təlim ciddi xarakter daşıyır”
Banuçiçək Kalbalıyeva
15:18 11.03.2020
Gündəm
758
“Sıradan təlim deyil. Hazırlıqlara ağır artilleriyalar və digər müasir texnika cəlb olunub"
“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən komanda-qərargah təlimi başlayıb. Müdafiə Nazirliyindən, ikitərəfli, üçpilləli komanda-qərargah təliminin senarisinə uyğun olaraq Naxçıvan Qarnizonu Qoşunları müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilib. Birləşmə və hissələr “Təlim-döyüş həyəcan” siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarına çıxarılıb.
Xüsusi qoşun növlərinin birləşmələrinin də cəlb edildiyi təlimdə müasir rabitə və avtomatik idarəetmə sistemlərindən istifadə etməklə idarəetmənin bir məntəqədən digərinə ötürülməsi, mübadilə axınından səmərəli istifadənin məşqi həyata keçirilir. Ərazidə qərargahlar tərəfindən müdafiə və hücum əməliyyatları planlaşdırılır. Təlimdə əsas diqqət düşmənin qəfil hücumunun qarşısının alınması vətəxribat-diversiya qruplarının məhv edilməsi zamanı qoşunlar arasında qarşılıqlı fəaliyyətlərin idarə olunmasında qərargahların və zabitlərin peşəkarlığının artırılmasına yönəldilib.
Təlimlərin əhəmiyyəti barədə “Sherg.az”a danışan hərbi ekspert Üzeyir Cəfərov düşünür ki, burada fors-major bir səbəb axtarmağa ehtiyac yoxdur:
“Belə təlimlərin keçirilməsi təbiidir. Hər il bir neçə hərbi təlim olur. Bu, o demək deyil ki, müharibəyə hazırlaşırıq. Düzdür, düşmənlər qorxu içindədirlər. Amma əgər düşmənə zərbə vurmaq istəsək, cəld və operativ olmalıyıq. Bunu müasir hərbi qaydalar tələb edir. Biz isə dediyim kimi, sadəcə təlimlər keçiririk”.
Ü.Cəfərovun fikrincə, təlim olduqca ciddi xarakter daşıyır:
“Düzdür, bu, sadəcə təlimdir. Amma sıradan təlim deyil. Hazırlıqlara ağır artilleriyalar, müasir texnika cəlb olunub . Bu, Azərbaycan ordusunun maddi-texniki bazasının güclənməsindən xəbər verir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qalatasaray"ın yeni transferi İstanbula çatdı
21:17 04.02.2026
Futbol
Ərdoğan İlham Əliyevi təbrik etdi
21:00 04.02.2026
Siyasət
Paşinyanın qızının maaşı yenidən müzakirə olunur
20:32 04.02.2026
Region
Si Cinpin Trampla İranı müzakirə edib - YENİLƏNİB
20:17 04.02.2026
Dünya
"Traktor" Qətər klubu ilə qarşılaşacaq
20:05 04.02.2026
Futbol
Rusiya hərbi nümayəndə heyəti Suriyaya gedib
19:42 04.02.2026
Dünya
“Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır
19:30 04.02.2026
Media
Ürək köçürülməsi tarixi uğurdur, ancaq... - TƏHLİL
19:24 04.02.2026
Sağlamlıq
Türkiyə Rusiyanı Suriyadan uzaqlaşdırır - Uilson
19:22 04.02.2026
Dünya
Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert
19:08 04.02.2026
Gündəm
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm