“Şərq”in əməkdaşları Qarabağda - FOTO-VİDEO

“Şərq” qəzetinin əməkdaşları Banuçiçək Kalbalıyeva və Elmar İbrahimli sentyabrın 19-da Qarabağda səfərdə olublar.

Jurnalistlər Qarabağın müxtəlif bölgələrinə, o cümlədən Ağdam, Xankəndi və Şuşaya səfər ediblər. Burada aparılan bərpa-quruculuq işləri, şəhərlərin müasir siması və bölgədə keçirilən tədbirlər barədə materiallar hazırlayıblar.

Jurnalistlər Xankəndidə şəhərin yeni mərhələdəki inkişafını, 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Günü ilə bağlı hazırlıqları yerində izləyib, bölgədə yaradılan yeni infrastruktur və ictimai həyatla bağlı kadrları lentə alıblar.

Şuşada isə tarixi-mədəni irslə bağlı bir sıra məkanlarda çəkilişlər aparıblar.

“Şərq”in əməkdaşlarının hazırladığı reportaj və materialları qəzetin, eləcə də “Şərq TV”nin informasiya resurslarında izləyə bilərsiniz.

Qeyd edək ki, “Şərq” qəzeti Qarabağda aparılan bərpa və quruculuq işlərini, bölgənin ictimai, mədəni və sosial həyatını yerində işıqlandırır.

VİDEO burda: