Seyid Abbas Musəvi: "İran Zəngəzur dəhlizinin əleyhinə deyil"
Yusif Nəzərli
13:44 27.08.2022
Gündəm
448
İran uzun illər Azərbaycan və Naxçıvanı əsas birləşdirici yolla təmin edib və bu, bu gün də davam edir.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib. Səfir bildirib ki, Azərbaycanla nəqliyyat əlaqlərini daha da genişləndirirlər: "Buna misal olaraq, yeni çəkilən dəmir yollarını göstərə bilərik. İran Zəngəzur dəhlizinin əleyhinə deyil və qardaş Azərbaycanla əsas dəhliz mövcuddur. Bu əsas dəhliz Azərbaycanla Naxçıvanı artıq 30 ildir ki, bir-birinə bağlayır. Azərbaycan və Naxçıvan arasında bütün əlaqlər İran torpaqları vasitəsilə baş tuturdu. Biz indiyə qədər olan dəhlizi əsas hesab edirik. Təbii ki, alternativ dəhlizlər də olmalıdır. Yeni dəhlizin Azərbaycan və Ermənistanı birləşdirmək məsələsinə gəlincə, bu, hər iki ölkədən asılıdır və beynəlxalq məsələdir. Bizim ölkəmizin prinsipi odur ki, bir ölkə digər bir ölkənin, o cümlədən qonşularının milli maraqlarına təsir göstərə bilməz".
Regionda əməkdaşlıq məsələsinə gəlincə səfir qeyd edib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə 3+3 platforması regionda olan əməkdaşlığa töhfə verəcək: "Bu platformanın ilk iclası keçən il Moskvada baş tutdu. Bu il isə Tehranda keçiriləcək. Bu format çərçivəsində biz regionda olan problemləri dialoq yolu ilə həll edə bilərik. Biz regionda normallaşma istiqamətində irəliləyiş görürük. Həmçinin, Qarabağın yenidən qurulması, mina təmizlənməsi istiqamətində irəliləyişlər var. Azad olunan digər ərazilərdə İranın təxminən 2 və ya 3 layihəsi var. Bu xəstəxana tikintiləri ilə bağlıdır. Həmçinin, İranın bir neçə böyük şirkəti Azərbaycanla müqavilə bağlayıb. Azərbaycan İrandan tikinti materialları alır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya