Şimal qonşumuz Paşinyan hakimiyyətindən üz çevirməz - EKSPERT
Yusif Nəzərli
14:41 15.09.2023
Gündəm
492
Rusiya Prezidenti Vladimir Putin Ermənistan baş naziri Nikol Paşinyanın zənginə cavab verməyib.
Bu iddia ilə Ermənistanda dərc edilən “Hraparak” nəşri Ermənistan hökumətindəki mənbəsinə istinadən çıxış edib.
“Sentyabrın 9-da Ermənistan baş naziri ABŞ dövlət katibi, Fransa prezidenti, Almaniya kansleri, İran prezidenti və Gürcüstan baş naziri ilə telefon əlaqəsi saxlayıb. Nikol Paşinyan Vladimir Putinlə də əlaqə saxlamağa çalışıb. Lakin Kremldən ona cavab verilməyib, bundan sonra o, Vladimir Vladimiroviçə geniş məktub göndərib və Putin bunu Vladivostok konfransında bildirib”, - qəzet yazır.
Yazıda iddia edilir ki, həmin məktubda Nikol Paşinyan Ermənistanda tüğyan edən anti-Rusiya prosesləri ilə bağlı özünə haqq qazandırmağa çalışıb, onların Kremlə qarşı olmadığına inandırıb.
Məsələ ilə bağlı "Sherg.az"a açıqlamasında hərbi ekspert Alparslan İmamqulu bildirib ki, Rusiya Ermənistan arasında sanki qarşıdurma varmış kimi ab-havanın yaradılması tamamilə dezinformasiyasıdır:
"Ermənistan dövləti Rusiyanın vassalıdır. Şimal qonşumuz heç zaman Nikol Paşinyan hakimiyyətindən üz çevirməz. Çünki Ermənistan Cənubi Qafqazda Rusiyanın əsas oyunçusudur. Bu gün Ermənistanın Rusiyaya ehtiyacı olduğu kimi bu eyni şəkildə rəsmi Moskva baxış açısından da qarşılıqlıdır. Cənubi Qafqazda bir çox strateji oyunlar gedir. Bunlardan əsası isə orta dəhlizdə kimin söz sahibi olacağıdır. Buna görə də Cənubi Qafqazda Qərblə Rusiya arasında gələcəkdə orta dəhlizdə söz sahibi olmaq istiqamətində ciddi qarşıdurma ola bilər. Rusiya üçün Ermənistanı itirməmək önəmlidir. Rusiya Ermənistanda bir çox oyunlar və çevrilişlər həyata keçirə bilər. Amma bu o demək deyil ki, onunla münasibətləri pozmaq istəyir. Şimal qonşumuz daima Ermənistandan asılıdır və ona ehtiyacı var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat