Şimali Kipr XİN: “Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı mübarizəmizə güc qatacaq”
19:25 08.09.2023
Gündəm
494
Şimali Kipr Türk Respublikasının (ŞKTC) xarici işlər naziri Tahsin Ərtoğruloğlu Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatını şərh edib.
“Dost və qardaş Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin nazirlərinin ikinci iclasının iştirakçıları ilə görüşündə söylədiyi sözlərdən böyük qürur hissi keçiririk. Köklü bir türk çinarının budaqları olan ölkələrin əməkdaşlığı və həmrəyliyi ilə uzun bir yol qət edəcəyik. Bu bəyanat mübarizəmizə daha da güc qatacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Azərbaycan Prezidenti İlham Əliyevə ədalətli mübarizəmizə verdikləri dəstəyə görə sonsuz təşəkkürümüzü bildiririk. Türk Dövlətləri Təşkilatının dəstəyi ilə daha da güclənəcəyik. ŞKTC-nin tanınması istiqamətində bizə dəstək olan hər kəsə təşəkkür edirik. Bir millət, üç dövlət olaraq böyük uğurlar qazanacağımıza tam inanırıq”, - deyə nazir bəyan edib.
Mənbə: Haber Global
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat