Siyavuş Novruzov Heydər Əliyevin məzarını ziyarət edib
19:14 13.02.2020
Gündəm
734
Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov 2020-ci ilin fevralın 9-da ölkədə keçirilmiş növbədənkənar parlament seçkilərində növbəti dəfə qalib gəlməsi münasibətilə bu gün Fəxri Xiyabanda partiyanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək məzarı önünə əklil qoyub.
APA-nın məlumatına görə, ziyarət etdikdən sonra SƏS TV-yə açıqlama verən Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzov bunları deyib: “Ümumiyyətlə nəinki mən, bütün Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevə minnətdardır. Təbii ki, bizlər də Fəxri Xiyabana gələrək Ulu Öndərə öz minnətdarlığımızı bildiririk. Mən növbəti dəfə Naxçıvan Muxtar Respublikasından Milli Məclisə deputat seçilmişəm. Ziyarət etməkdə əsas məqsədim Ümummilli Liderdən xeyir-dua almaq və daha sonra öz fəaliyyətimlə məşğul olmaqdır. Mənim həyatımda, fəaliyyətimdə ömrü boyu Heydər Əliyev həmişə böyük rol oynayıb. Təbii ki, bundan sonra da Ulu Öndər Heydər Əliyevin siyasəti və cənab Prezident İlham Əliyevin siyasəti davam edəcək. Seçicilər bizlərə Heydər Əliyev yoluna, siyasətinə görə səs veriblər. Mən Ümummilli Liderin hesabına səs qazanmışam. Ona görə də Heydər Əliyevin məzarını ziyarət etməmək mənim üçün qəbulolunmazdır. Mən hər bir xeyir işimdə Fəxri Xiyabana gələrək Ulu Öndərin xeyir-duasını alıram".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya