Soçi görüşünün nəticəsi: “Sərhədlə bağlı irəliləyiş…”
Soçi görüşünün nəticəsi: “Sərhədlə bağlı irəliləyiş…”
Yusif Nəzərli
08:53 27.11.2021
Gündəm
656
“Soçi görüşü üçtərəfli bəyanatın imzalanması ilə yekunlaşdı. Bəyanatı iki kontekstdə qiymətləndirmək olar”.
Bu barədə “Sherg.az”a siyasi şərhçi Asif Nərimanlı bildirib. O qeyd edib:
“Birincisi, sərhədin delimitasiya və demarkasiyasıdır. Tərəflər sərhədin müəyyənləşməsi ilə bağlı razılaşırlar. Burada diqqətçəkən məqam yaradılacaq ikitərəfli komissiyanın fəaliyyətidir. Bəyanatda qeyd olunur ki, “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə şərtləşdik”. Bu qeyd iki fərqli fikri yaradır: delimitasiya və demarkasiya prosesini yaradılacaq ikitərəfli komissiya həyata keçiriləcək; delimitasiya – xəritə üzərində sərhədin müəyyən edilməsi - Rusiyanın vasitəçiliyi ilə həll olunur, demarkasiya – müəyyən edilən sərhədin yerində işarələnməsi – Azərbaycan və Ermənistanın ikitərəfli komissiyası tərəfindən aparılır; İkinci fikir daha real görünür:
- əlində xəritələr olan Rusiya bütün prosesi ikitərəfli komissiyaya buraxmaq istəməz;
- mətndən də görünür ki, delimitasiyadan sonra tərəflər ikitərəfli komissiyanın yaradılması üçün Rusiyaya müraciət edəcəklər;
Məsələnin bu cür qoyuluşu sərhədin hansı xəritəyə əsasən aparılacağı üzərində şifahi razılaşmanın olduğu fikrini önə çıxarır və Moskva əlindəki xəritə üzərində sərhədin cızılması prosesində iştirak etdikdən sonra demarkasiyanı tərəflərin öhdəsinə buraxacaq”.
Ekspertin qənaətincə, Soçi bəyanatındakı ikinci mühüm məqam kommunikasiyanın bərpasıdır:
“Bəyanata görə, tərəflər kommunikasiya bərpası üzrə konkret layihələrin tezliklə həyata keçirilməsinin zəruriliyini vurğulayırlar.
Bu, kommunikasiyanın bərpası qrafikinin təsdiq edilməsi deyil. Görünür, bununla bağlı hələ də dəqiqləşdirilməyən məqamlar var, xüsusilə Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi irəliləyişi çətinləşdirir. Üçtərəfli görüşdə səslənən fikirlər yaxın vaxtlarda bununla bağlı addımların atıla biləcəyi yönündə idi.
Üçtərəfli bəyanat ümumilikdə Rusiyanın vasitəçiliyi ilə qəbul edilmiş əvvəlki bəyanatlara sadiqliyin ifadə edilməsi xarakteri daşıyır. Müəyyən qədər irəliləyişin yalnız sərhədlə bağlı olduğunu deyə bilərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət
Ermənistan baş nazirliyinə namizəd FSB əməkdaşı çıxdı - FOTO
17:24 19.05.2026
Region
Hörmüzdəki risklər dünyanın diqqətini Azərbaycana yönəldib - ŞƏRH
17:14 19.05.2026
Gündəm
ABŞ-nin İranda vuracağı hədəflər açıqlandı
17:03 19.05.2026
Gündəm