Soyuqdəymə dərmanları koronavirusu gücləndirir
11:53 15.03.2020
Gündəm
775
İltihab əleyhinə dərmanların koronavirusa yoluxan zaman istifadəsi səhhətə daha çox ziyan vura bilər.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Fransanın Səhiyyə naziri Olivye Veran özünün Twitter səhifəsində yazıb.
Onun sözlərinə görə, ibuprofen və kortizon xəstəliyin gedişatını ağırlaşdıra bilər. Yüksək hərarəti azatmaq üçün nazir parasetamol qəbul etməyi məsləhət görüb.
"Əgər siz hazırda iltihab əleyhinə dərman qəbul edir və ya şübhələnirsinizsə, həkiminizlə məsləhət edin", - Veran yazıb.
Martın 14-də Avropa Parlamentinin sədri David Sassoli COVID-19 koronavirus infeksiyasının yayılması ilə bağlı Avropadakı durumu dəyərləndirib. Onun sözlərinə görə, "İkinci Dünya Müharibəsindən bu yana Avropa belə dramatik böhran yaşamayıb". Sassoli qeyd edib ki, Avropa Birliyi koronavirus və pandemiyanın iqtisadiyyata vurduğu zərərlərin qarşısını almaq üçün tədbirlər paketini qəbul edib. Onun fikrincə, heç bir Avropa ölkəsi özbaşına bu bəlanın öhdəsindən gələ bilməzdi.
Son məlumatlara görə, dünyada 155 mindən çox koronavirusa yoluxma faktı qeydə alınıb. Yoluxanların sayına görə dövlətlərin ilk onluğuna Avropadan beş ölkə - İtaliya, İspaniya, Almaniya, Fransa və AB-yə üzv olmayan İsveçrə daxildir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi