Su basmış evlərin əksəriyyəti sənədsizdir, kompensasiya ala bilməyəcəklər - Natiq Cəfərli

Evlərini, əşyalarını yağış basmış vətəndaşlar dəymiş zərərin ödəniləcəyinə, kompensasiya alacaqlarına ümid edir. Amma bu, o qədər də asan məsələ deyil.

İqtisadçı Natiq Cəfərli “Sherg.az”a açıqlamasında bildirdi ki, subasmaya məruz qalmış evlərin əksəriyyəti sənədsizdir. Kompensasiya isə sığortalı evlərə verilir: 

- Kompensasiya yalnız sığorta olunan evlərə aiddir. Təəssüf ki, su basmış evlərin əksəriyyətinin nə qeydiyyatı var, nə çıxarışı. Ona görə də hansısa kompensasiya ödənilməsi çox çətin görünür. Ən yaxşı halda vətəndaşlar kollektiv şəkildə məhkəmələrə müraciət edə bilərlər və məhkəmə yoluyla kompensasiya ödənilə bilər. Amma sığortasız evlərə kompensasiyanın ödənilməsi mexanizmi Azərbaycanda mövcud deyil.