Süni intellekt 2050-ci ilin supergüclərini sıraladı: Türkiyə ilk beşlikdə yer aldı

Süni intellekt əsaslı proqnoz 2050-ci ildə dünyanın ən güclü ölkələri ilə bağlı proqnozunu açıqlayıb. Qlobal iqtisadiyyat, müdafiə sənayesi, texnoloji inkişaf və hərbi potensial əsasında hazırlanan siyahıda Türkiyə ilk beşlikdə qərarlaşıb.

Sherg.az xəbər verir ki, süni intellekt əsaslı proqnozun nəticələrinə görə, 2050-ci ildə dünyanın ən güclü 10 ölkəsi aşağıdakı kimi sıralanır:

1. Çin

2. Amerika Birləşmiş Ştatları (ABŞ)

3. Hindistan

4. Rusiya

5. Türkiyə

6. Pakistan

7. Almaniya

8. Birləşmiş Krallıq

9. Braziliya

10. Yaponiya

Təhlildə qeyd olunur ki, gələcəyin güc balansında ənənəvi hərbi üstünlükdən daha çox süni intellekt, kibertəhlükəsizlik, yüksək texnologiyalar və avtonom müdafiə sistemləri həlledici rol oynayacaq. Süni intellekt əsaslı proqnoz Türkiyənin artan müdafiə sənayesi, geosiyasi mövqeyi və texnoloji potensialı sayəsində ilk beşlikdə yer alacağını proqnozlaşdırır.