Şuşa həbsxanasından son görüntülər  - Lotu Hikmətin, Dilqəm və Şahbazın saxlanıldığı kameralar ...

Tarixin qanlı işgəncələr, əzablar məkanı "Şuşa həbsxanası"ndan son görüntüləri "Sherg.az " oxuculara  təqdim edir. 1848 - ci ildə Xurşudbanu Natəvanın maliyyə dəstəyi ilə tikilən tarixi həbs düşərgəsi bu gün Azərbaycan hərbçiləri tərəfindən mühafizə olunur. 

İstər Çar Rusiyası, istərsə də Sovetlər Birliyində qapalı,  ən çətin, ağır həbs düşərgəsi hesab edilən bu işgəncələr məkanında  bəzi qanuni oğruların, avtoritetlərin yolu buradan keçib. Yalnız onlardan biri Lotu Hikmətin adını vermək yetərlidir.

Kəlbəcərə, öz yurd yerlərinə səfər edən Şahbaz və Dilqəm də uzun müddət burada erməni zülmünü, işgəncələri yaşayıb.

 1992 - ci ilin mayın 8 - də Şuşa işğal olunan zaman həbsxana rəisi Aydın Abbasov 36 nəfər azərbaycanlı məhbusu həbsxanadan buraxıb , onları döyüşə səsləyib. Azad olunanlardan bir qismi döyüşlərə qatılıb.

Birinci Qarabağ döyüşlərində əsir , girov götürülən azərbaycanlılar burada işgəncələrə, təhqirlərə , dözülməz təzyiqlərə məruz qalıb. Öldürülənlərin bir qismi həbsxananın həyətində torpağa basdırılıb.

Bu tarixi işgəncələr məkanının son görüntülərini təqdim edirik:

TURAN