Şuşa və Kayseri şəhərləri qardaşlaşıb - FOTO
Yusif Nəzərli
11:47 14.10.2022
Gündəm
522
Şuşa şəhəri ilə Kayseri şəhəri arasında qardaşlaşmış şəhərlər haqqında protokol imzalanıb.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur ki, imzalanan sənədə əsasən iki qardaşlaşmış şəhər mədəni, sosial və iqtisadi münasibətləri, həmçinin dostluq və qardaşlıq əlaqələrini təşviq etmək və birgə fəaliyyət sahələrini genişləndirmək niyyətindədir. Tərəflər arasında birgə proqram, layihələr, qarşılıqlı səfərlərin təşkili, habelə təcrübə və məlumat mübadiləsi, incəsənət, mədəniyyət, turizm, elm, ticarət və informasiya texnologiyaları sahələrində əməkdaşlıq nəzərdə tutulub.
Şəhər təmsilçiləri, həmçinin qarşılıqlı əlaqələri daha da inkişaf etdirmək üçün YUNESKO-nun “Yaradıcı Şəhərlər Şəbəkəsi” proqramı çərçivəsində əməkdaşlıq edəcəklər. Sənədi Kayseridə səfərdə olan Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov və Kayseri Böyükşəhər Bələdiyyə başçısı Memduh Büyükkılıç imzalayıblar.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov qeyd edib:
“Nəzərə alsaq ki, Şuşa şəhəri 2023-cü ildə TÜRKSOY-un qərarı ilə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilib, bu baxımdan Türkiyənin qədim tarixə malik Kayseri şəhəri ilə qardaşlaşma haqqında sənədin imzalanması xüsusi əhəmiyyət kəsb edir. Bildiyiniz kimi 21 sentyabr tarixində Şuşa Qoruğu Ərzurum şəhər bələdiyyəsi ilə də eyni məzmunlu sənəd imzalayıb. Şuşa şəhərinin Türk dünyasının digər mühüm şəhərləri ilə bu istiqamətdə əməkdaşlığı davam edəcəkdir”.
Kayseri Böyükşəhər Bələdiyyə başçısı Memduh Büyükkılıç bildirib ki, Şuşa şəhəri ilə qardaşlaşmaq onlar üçün böyük şərəfdir. Şuşa şəhərinin 28 illik işğaldan sonra azad olunması, şəhərin sürətlə bərpa edilməsi, çoxlu sayda beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bütün Kayseri sakinlərini sevindirən bir haldır.
Kayseri şəhərinə səfər çərçivəsində Şuşa şəhərinin nümayəndə heyətini həmin bölgənin valisi Gökmən Çiçəkdə qəbul edib. Görüşdə Azərbaycanın qələbə rəmzi olan “Xarbülbül” döş nişanı valiyə hədiyyə olunub. Bununla yanaşı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov Azərbaycan Qardaşlaşma parkı və Xocalı parkı, Kayseri qalası və Milli Mücadile Muzeyini ziyarət etdikdən sonra Kayseridə ənənəvi keçirilən kitab sərgisinin açılışında iştirak edib. Həmçinin şəhərin Talas bələdiyyəsinin əməkdaşları, “Kayseriqaz” şirkətinin nümayəndələri və Kayseridə təhsil alan azərbaycanlı tələbələrlə də görüş baş tutub.
Oxşar xəbərlər
Özbəkistan Ermənistana Mərkəzi Asiya-Cənubi Qafqaz dəhlizinin inkişafını təklif edib
13:31 11.09.2026
Emi Karlon: Xankəndiyə ikinci dəfə səfər edirəm, ötən müddətdə yeni inkişafın şahidi oldum
12:47 11.09.2026
Hikmət Hacıyev: Qarabağda və digər ərazilərimizdəki bütün mədəni irs Azərbaycan qanunvericiliyi ilə qorunur
12:34 11.09.2026
Xəbər lenti
Hamısına bax
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol