Şuşada TÜRKSOY Daimi Şurasının 40-cı iclası keçirilib
16:12 13.10.2023
Gündəm
496
Oktyabrın 13-də Şuşada TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclası keçirilib.
"Report" xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə gerçəkləşib.
İclasda çıxış edən mədəniyyət naziri Adil Kərimli iclasın əhəmiyyətindən danışıb. İclasda müzakirə olunacaq məsələlərin çox olduğunu bildirən nazir iştirakçıları qərarların qəbul edilməsində fəal olmağa çağırıb.
TÜRKSOY-un Baş katibi Sultan Raev builki iclasın əhəmiyyətli bir ilə təsadüf etdiyini bildirib. Deyib ki, bu il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi, Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi və TÜRKSOY-un isə 30 illik yubileyləridir.
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iclasın mühüm qərarlarla yadda qalacağını bildirib.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qeyd edib ki, 2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Bununla bağlı tədbirlər haqqında Prezident İlham Əliyev tərəfindən müvafiq Sərəncam imzalanıb. Sərəncama uyğun olaraq, bu il Şuşada müxtəlif tədbirlər həyata keçirilib.
Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Kayrat İmanaliyev Şuşada olmasından məmnunluğunu qeyd edib, iclasda alınacaq qərarların ölkələrimizin gələcək əməkdaşlığına öz töhfəsini verəcəyini diqqətə çatdırıb.
Özbəkistan mədəniyyət nazirinin birinci müavini Bahodir Axmedov son illər Türk dünyasının müxtəlif əhəmiyyətli layihələrə imza atdığını bildirib. Qeyd edib ki, bu layihələr xalqımızın birliyini daha da gücləndirəcək.
Türkiyə mədəniyyət və turizm nazirinin müavini Serdar Çam Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində düşməndən azad edilmiş Şuşada belə bir iclasın keçirilməsinin təqdirəlayiq olduğunu söyləyib. O, iki il əvvəl Şuşaya səfər etdiyini, bu müddətdə şəhərin çox gözəlləşdiyini vurğulayıb.
Şimali Kipr Türk Respublikası Baş nazirinin müavini – turizm, mədəniyyət, yaşayış və ətraf mühit naziri Fikri Ataoğlu Türk dünyasının bir araya gəlməsi adına TÜRKSOY-un missiyasını yüksək qiymətləndirib, Şimali Kiprin Türk dünyasının bir parçası olmasından qürur duyduqlarını deyib.
Sonra Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Er, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev və başqalarının çıxışları dinlənilib.
İclas daha sonra qapalı formatda işini davam etdirib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
13:52 03.11.2026
Cəmiyyət
Mobil telefonlar da POS-terminal sayılacaq
13:45 03.11.2026
İqtisadiyyat
İrandan gözlənilməz açıqlama: Artıq nüvə silahımız da var
13:38 03.11.2026
Son dəqiqə