Tacəddin Hüseynquluzadə: “Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuza və söz sahibliyinə malikdir”
14:02 19.12.2023
Gündəm
386
Prezident İlham Əliyevə dəstək olmaq bizim borcumuzdur.
Bu sözləri Herbiand.az-a “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin Türkiyə üzrə nümayəndəsi Tacəddin Hüseynquluzadə bildirib.
“Türkiyədə yaşayan azərbaycanlılar, müxtəlif universitetlərdə və məktəblərdə çalışan müəllimlərimiz, həkimlərimiz, iş adamları, tələbələr müxtəlif sahələrdə çalışan həmyerlilərimiz yekdilliklə İlham Əliyevi dəstəkləyəcək. Ümummili lider Heydər Əliyevin “Bir millət, İki dövlət” prisipi ilə əsasını qoyduğu qardaşlıq əlaqələri hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan bu əlaqələri yüksələn xəttlə davam etdirməkdədir”.
Həmsöhbətimiz qeyd edib ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanının dəmir yumruğunun ətrafında dünyada yaşayan bütün azərbaycanlılar toplaşdı və biz qələbə qazandıq.
“Torpaqlarımız azad olundu. Biz hər zaman öz suverenliyimizi bərpa etməyə çalışmışıq. Buna nail olduq. Hazırda Azərbaycanın bütün ərazilərində müstəqil Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Məhz dövlət başçısının apardığı ədalətli və müstəqil siyasətin nəticəsində ölkəmiz növbəti dəfə müstəqil olandan ilk dəfə bütöv Azərbaycanda prezident seçkiləri keçiriləcək. Bu tarixi andır. Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuza və söz sahibliyinə malikdir. Ölkəmizi istəyən və istəməyən bütün dövlətlər bunu görür və qəbul edir. İlham Əliyev Avropada, Asiyada, Rusiyada, Türkiyədə, Türk Cumhüriyyətlərində, Qazaxıstanda, Özbəkistanda, ümumiyyətlə, dünyanın bütün nöqtələrində yaşayan azərbaycanlılara öz diqqət və qayğısını əsirgəmir. Onlar Azərbaycanda tədbirlər keçirir, dövlət rəsmilərimiz həmin ölkələrə səfəri zamanı onlarla görüşür, diqqət və qayğı göstəririlər. Qarabağın yenidən dirçəlməsi, iqtisadiyyatımızın günü-gündən artması, Türkiyə-Azərbaycan münasibətlərinin bu səviyyəyə çatması məhz cənab Prezident İlham Əliyevin apardığı müstəqil siyasətinin nəticəsində baş verdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm