Tarixi açıqlamada yeni hədəflər: “Zəngəzur, Göyçə və İrəvan...” – İrəliləyəcəyik!
Fidan Həmişəyeva
13:03 14.07.2021
Gündəm
670
“Prezident Qarabağ məsələsinə istinad edib bunun bütövlükdə siyasi leksikondan çıxarılmasını ifadə edir”
“Beləliklə, artıq hədəflərimizin Zəngəzur, Göyçə və İrəvan olduğunu qeyd edir
“Ölkə başçısı bu məsələləri siyasi tezislərin əsas arqumenti kimi ortaya çıxartmaqla siyasətin daha geniş üfüqlərə vardığını nümayiş etdirdi”
Bu gün Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimində iştirak edib. Ölkə başçısı mərasimdəki çıxışı zamanı möhtəşəm açıqlamalar verib.
Cənab Prezident qeyd edib ki, bizim doğma torpağımız Zəngəzurdur, Göyçə mahalıdır, İrəvandır:
“İyulun 7-də imzaladığım Fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı, vəssalam. Bütün Qarabağa aid olan rayonlar orada birləşib. Şərqi Zəngəzur iqtisadi zonası yaradılıb. İndi Ermənistanda bu məsələ ilə bağlı isterikaya qapılırlar. Buna ehtiyac yoxdur, Şərqi Zəngəzur bizim tarixi torpağımızdır, Qərbi Zəngəzur bizim tarixi torpağımızdır.
Biz tarixi unuda bilmərik. Kiminsə siyasi maraqlarının girovuna çevrilə bilmərik. Gəlsinlər, açsınlar tarixi sənədləri, xəritələri, baxsınlar, sovet hökuməti Zəngəzuru nə vaxt Azərbaycandan qoparıb Ermənistana verib. Bu, yaxın tarixdir - 101 il bundan əvvəl. Yəni, biz deyək ki, bu, olmayıb? Nəyə görə? Biz həqiqəti deyirik. Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur - Şərqi və Qərbi Zəngəzur. İndi Ermənistanda deyirlər ki, İlham Əliyev ərazi iddiası ilə çıxış edir. Əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq. Bunu hələ on il bundan əvvəl demişəm. Mənim çıxışlarım hamısı mətbuatda var. Demişəm ki, bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur”.
Ölkə başçısının tarixi açıqlamasını “Sherg.az”a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli vurğulayıb ki, Prezidentin bu söylədiklərindən sonra müəyyən dəyişikliklər olacaq:
“Cənab Prezident bu gün son baş verən proseslərə münasibətində bəzi məqamlara toxundu. İlk növbədə kommunikasiyaların açılması gecikdirilir, ikincisi, demarkasiya prosesinə zərbə vurulur, üçüncüsü, bütövlükdə Azərbacanın suverenliyinə növbəti dəfə ermənilər tərəfindən qəsd edilir. Bu, həm də sülhməramlıların gözü qarşısında baş verir.
Cənab Prezidentin belə addım atmasının arxasında isə məhz bu səbəblər dayanır: ilk olaraq tarixi haqqımız var. Biz İrəvana gedirik, oralar tarixi torpaqlarımızdır. Prezident həmçinin Qarabağ məsələsinə istinad edib bunun bütövlükdə siyasi leksikondan çıxarılmasını ifadə edir. Beləliklə, artıq hədəflərimizin Zəngəzur, Göyçə və İrəvan olduğunu qeyd edir”.
Ə.Əlibəylinin sözlərinə görə, Azərbaycan əlindəki hərbi, iqtisadi və siyasi imkanlardan minimum istifadə etməkə ərazi bütövlüyümüzü bərpa etmiş oldu:
“Həmçinin Qarabağ problemini böyük ölçüdə həlli etmişik. İşğal altında olan ərazilərimizin 75 faizini ordumuzun gücü ilə düşmən tapdağından qurtarmışıq. Yerdə qalan torpaqlarımızda isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazi var. Bundan sonra doğma torpağımız olan Zəngəzurdan kommunikasiyalarımız keçməlidir. Qədim Azərbaycan torpağı Göyçə, qədim şəhərimiz isə İrəvandır. Artıq bunları ölkə başçısı gündəmə gətirməklə, siyasi tezislərin əsas arqumenti kimi ortaya çıxartmaqla siyasətin daha geniş üfüqlərə vardığını ifadə etdi. Bundan sonra öz tarixi sərhədlərimizə doğru irəliləyəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət