Təl-Əviv ABŞ və Qərb dövlətlərinin dəstəyini alır - RƏY
11:06 04.11.2023
Gündəm
581
Girovların azad edilməsinin daxil olmadığı istənilən atəşkəs çağırışına etiraz edirik.
Bunu İsrail Baş naziri başçısı Benyamin Netanyahu deyib.
“Bundan əlavə, İsrail hökuməti Qəzza zolağına yanacaq tədarükünə icazə verməyə hazır deyil. Biz əsgərlərimiz üçün təhlükəni minimuma endirməyə çalışırıq, lakin düşmənlərimizi məğlub etmək üçün əlimizdən gələni edəcəyik”, – deyə o əlavə edib.
Açıqlamanı “Sherg.az”a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov söyləyib ki, İsrailin Qəzzada həyata keçirdiyi yerüstü əməliyyatların əsas məqsədi girovların azad olunması və HƏMAS-ın məhv edilməsidir:
"Bunun üçün müxtəlif resurslar da cəlb olunub. Xüsusilə buna Qəzza bölgəsinə yanacaq tədarükünün qarşısının alınması, yalnız kənardan humanitar yardımların göndərilməsi və ona nəzarət edilməsi də daxildir. İsrail düşünür ki, humanitar yardımın içərisində silah da göndərilə bilər. Bu kontekstdə Netanyahu mesajı ilə göstərir ki, əməliyyat uzun müddətə hesablanıb. Fikrimcə, bu savaş qısamüddətli olmayacaq. Çünki artıq Yaxın Şərqdə təmsil olunan müxtəlif dövlətlərin bəyanatları onu deməyə əsas verir ki, bölgədə artıq koalisiyalara cəhdlər və radikallaşma hiss olunmaqdadır. Bu da yaranan problemin tezliklə aradan qaldırılması mənasına gəlmir".
Analitikin sözlərinə görə, İsrail təkcə girovların azad olunmasını məqsəd qoymayıb:
"Burada əsas məqsəd təhlükə ünsürlərinin aradan qaldırılmasıdır. Sözügedən fikir İsrailin hərbi elitasında da özünə yer tapıb. Həmçinin rəsmi Təl-Əviv ABŞ və Qərb dövlətlərinin dəstəyini alır. Bu isə Ukrayna tərəfini narahat edir. Çünki ABŞ artıq iki cəbhədə yardımlar etməldir. Lakin ABŞ-nin dəstəyinə arxalanan İsrailin quru əməliyyatlarını asanlıqla icra etməsi də mümkün deyil. Kilometrlərlə uzanan yeraltı tunellər və çox sıx məskunlaşma əməliyyatı qəlizləşdirir. Ancaq istənilən halda əməliyyatlar hərb tarixində yeniliklərlə yadda qalacaq. Netanyahunun əsas məqsədi isə minimal itkilərlə əməliyyatı icra etməkdir. Çünki itkilərin çox olması onun nüfuzuna və gələcək karyerasına şübhələr formalaşdıra bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə