Təl-Əvivə qədər vuruldu: İran İsraildən bunun qisasını alır...
Yusif Nəzərli
05:48 08.10.2023
Gündəm
402
HƏMAS-ı İran maliyyələşdirir, bu hücumun da əsas səbəblərdən biri Təl-Əvivin Səudiyyə Ərəbistanı ilə barışmaq niyyətidir.
Bu sözləri Axar.az-a güneyli jurnalist və milli fəal Əli Süleymani deyib.
İsrailin son günlər ərəb ölkələri ilə dostluq münasibətinə can atmasının Tehran rejimini qıcıqlandırdığını vurğulayan Süleymani bildirib ki, İran müsəlman dünyasında nüfuzunun itirilməsindən ehtiyat edir:
“İsrailə hücumun miqyası böyükdür. Təl-Əvivə kimi raket zərbələri endirməklə İsrailin başını qatmaq istəyirlər. Hərtərəfli hücum sadə bir həmlə deyil və barışığın qarşısını almağa yönəlib. Səudiyyə Ərəbistanı ilə İsrailin barışması Tehran hökumətinə böyük zərbə sayıla bilər. Hətta İran rəsmiləri və Xamenei bu barışığı “islam dünyasına xəyanət” adlandırmışdı. Xameneinin ötən gün İsrailə təhdidedici mesajını da gözardı etməməliyik. İsrailin İranın qonşuları ilə yaxşı münasibətləri yaranıb. Azərbaycan və Türkmənistandan sonra Ərəbistanla da Təl-Əviv dostluq əlaqələrini gücləndirsə, İran rejimi özünü təhlükədə hiss edəcək. Həmçinin, Ərəbistan islam dünyasının mərkəzidir. Belə bir dövlətlə barışmaq Təl-Əviv üçün də önəmlidir. İsrail ərəb ölkələri ilə əlaqələrini normallaşdırarsa, İran təcrid olunacaq”.
Əli Süleymani bu yaxınlarda İsrailə məxsus PUA-ların İran daxilində uçuşlar həyata keçirərək, bəzi gizli hərbi obyektlərə zərbə endirməsi faktını da xatırladıb:
“İsrail İranın Kirmanşahda dağların altında yerləşən hərbi hissələrinə hava zərbələri endirdi. Bu isə İran üçün istər maddi, istərsə də mənəvi itki idi. Tehran rejimi bir növ bu hücumun qisasını HƏMAS vasitəsi ilə almış oldu. İsrailə, hətta Təl-Əvivə əks-həmlə etməklə müharibəni İsrailin daxilinə yönəldir. Həmçinin İsrail cəmiyyətində qorxu yaratmağa çalışır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya