
Təxribatlar intensivləşir - Nələr gözlənilir?
09:47 08.09.2023
Gündəm
466
Ermənistan yeni dezinformasiyalara əl atacaq Bakı dünya miqyasında başlayacaq ehtimal kampaniyaların qarşısını almaqdan ötrü diplomatik təmasları intensivləşdirib
Prezidentin köməkçisi Hikmət Hacıyev İsrailə səfər edib. Səfərin ani olması və gözlənilmədən baş verməsi diqqət çəkir. Bir digər məsələ də H.Hacıyevin keçirdiyi görüşlərdir. Belə ki, o, əvvəlcə İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Ronen Levi, daha sonra isə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.
Hər iki görüşlə bağlı informasiya çox azdır. Lakin bununla belə son zamanlar Ermənistanla Azərbaycan arasında gərginliyin artması və təxribatların intensivləşməsi Hacıyevin keçirdiyi görüşlərdə nələrin müzakirə olunduğuna dair ipucları verir. Ronen Levi ilə görüşdə ikitərəfli əlaqələr, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi imkanları müzakirə edilib.
Politoloq Turan Rzayev "Sherg.az"a bildirib ki, prinsip etibarilə Azərbaycan-İsrail münasibətləri hərbi-siyasi, iqtisadi-diplomatik və digər sahələrdə yüksək səviyyədə inkişaf edir. Analitik vurğulayıb ki, Hikmət Hacıyev Ronen Leviyə bunu xatırlatmaq üçün İsrailə getməyib:

"Məsələ ondadır ki, Araik Arutyunyanın “istefası”ndan sonra Xankəndi və ətraf ərazilərdəki separatçılar arasında böhran dərinləşir. Bu, rəsmi Bakının əraziyə nəzarəti tam ələ keçirməsi baxımından ideal fürsətdir. Yəni “seçki” zamanı və ya sonrasında vəziyyət silahlı insidentə keçərsə, Bakının Xankəndiyə müdaxiləsi baş tuta bilər. Ermənistan silahlı qüvvələrinin 1 sentyabr təxribatlarına Azərbaycan tərəfi layiqli cavab versə də, aydın məsələdir ki, bu təxribatların ardı gələcək. Buna görə də rəsmi Bakı ehtimal ssenarilərə qarşı qabaqlayıcı tədbirlər görür. Həm Ermənistanın şərti dövlət sərhədində təxribatları və Azərbaycanın buna verəcəyi cavab fonunda, həm də Bakının Xankəndiyə müdaxilə ehtimalı halında regionda gərginlik yenidən pik həddə çata bilər".
Ekspertin fikrincə, rəsmi Bakı belə olan təqdirdə Ermənistanın dezinformasiyalara əl atacağı və dünya miqyasında başladacağı ehtimal kampaniyaların qarşısını almaqdan ötrü diplomatik təmasları intensivləşdirib: "Mümkündür ki, H.Hacıyev Ronen Levi ilə bu məsələləri müzakirə edib. İsrailin Baş naziri B.Netanyahu ilə görüş zamanı da yuxarıda qeyd etdiyim detallardan bəhs edildiyini demək olar. Hacıyev-Netanyahu görüşündən sonra Azərbaycanın İsraildəki səfirliyinin “X” səhifəsində bu paylaşım edilib: “Benyamin Netanyahu cənab Hacıyevi qəbul edib, o, İlham Əliyevin salamlarını və ən xoş arzularını Baş nazirə çatdırıb. Görüşdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq məsələləri və gələcək perspektivlər müzakirə olunub”. Görüşdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq məsələləri və perspektivlərin müzakirə olunması diqqət çəkir. Mümkündür ki, bu perspektivlər yuxarıda qeyd etdiyim məsələlərlə bağlıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat