"Toplum olaraq həmrəy olmağı bacarırıq" - Politoloq
Turan
09:22 29.03.2020
Gündəm
855
“Bilirsiniz ki, mənim təşəbbüsümlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və Prezidentin ehtiyat fondundan ilkin olaraq 20 milyon manat bu fonda ianə verilib".
Bunu Prezident İlham Əliyev martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında çıxışı zamanı deyib.
Dövlət başçısı vurğulayıb ki, Fondun fəaliyyətə başlamasından 10 gün keçməyib, dünən axşam mənə verilən məlumata görə, artıq bu fondda 90 milyon manat yığılıb. Ölkə rəhbəri bəyan edib ki, Fondda yığılan vəsaitlərin mütləq əksəriyyəti şirkətlər tərəfindən verilən ianələrdir: “Buna görə mən Azərbaycanın biznes nümayəndələrinə təşəkkürümü bildirirəm. Onlar əsl vətənpərvərlik və həmrəylik nümayiş etdirmişlər. Eyni zamanda, adi insanlar da imkan daxilində öz dəstəyini göstərirlər. Mənə müntəzəm olaraq məlumat verilir. Elə adam var ki, bir manat köçürür. Ona “Çox sağ ol!” deyirik. O da öz vətəndaşlıq borcunu yerinə yetirir. Deməli, onun imkanı buna çatır. Bu, bir daha göstərir ki, biz, - mən bunu demişəm, bir daha demək istəyirəm, - böyük xalqıq, ən ağır dövrdə birləşə bildik. “Biz birlikdə güclüyük!” şüarı hesab edirəm ki, bu xəstəlik başa çatandan sonra da qüvvədə olacaq. Biz bu birliyi, həmrəyliyi nümayiş etdiririk”.
Koronavirus bəlası ilə bağlı "Sherg.az"a danışan politoloq Ceyhun Əhmədli deyib ki, toplum olaraq həmrəy olmağı bacarırıq.
Analitik bəyan edib ki, bu çətin günlərdə dövlətlə xalqın eyni mövqedən çıxış etməsi bunu bir daha təsdiq etdi:
"Koronavirusla Mübarizəyə Dəstək Fonduna qısa müddət ərzində milyonlarla manat vəsaitin ianə edilməsi də göstərir ki, Azərbaycan xalqı dövlətimizin bu ağır sınaqdan üzüağ çıxması üçün bütün imkanlarını səfərbər edib. Əslində Azərbaycan dövləti tərəfindən bütün zəruri preventiv tədbirlər həyata keçirilir. Məhz bunun nəticəsində infeksiyanın ölkəmizə təsirləri minimumlaşdırılıb".
C.Əhmədlinin sözlərinə görə, burada toplumun müqaviməti də mühüm rol oynayır:
"Yəni hər bir vətəndaşımız gigiyenik normalara, Operativ Qərargahın tətbiq etdiyi xüsusi qaydalara əməl etməlidir. Bu, həm fərdin özünün, həm də cəmiyyətin təhlükəsizliyi üçün vacibdir. Çünki cəmiyyəti, xalqı formalaşdıran fərdlər, vətəndaşlardır. Cəmiyyətin məsuliyyəti də ən aşağıdan, fərdlərin davranışlarından başlayır. Düşünürəm ki, dövlətin effektiv önləyici tədbirlərinə adekvat olaraq vətəndaşlarımız da məsuliyyətli olsalar, qarşılaşdığımız bu bəlanın mənfi təsirlərindən özümüzü maksimum sığortalamış olarıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət