Tovuzda “qulaqdibi” xəstəliyi yayılıb
09:35 22.02.2020
Gündəm
1553
Tovuzun bir neçə kəndində “qulaqdibi” xəstəliyi yayılıb. Oxu.Az xəbər verir ki, rayonun Aşağı Quşçu kəndində başlayan xəstəlik qısa zamanda Qovlar, İbrahimhacılı və digər yaşayış məntəqələrinə də yayılıb.
Xəstəlik daha çox uşaqlarda müşahidə edilir.
Məsələ ilə bağlı İbrahimhacılı kəndinin həkim məntəqəsinin terapevti Şəfəq İbrahimovanın Oxu.Az-a verdiyi məlumata görə, “qulaqdibi” xəstəliyi ilə bağlı 40-a yaxın müraciət olub:
“Bu vaxta qədər belə bir vəziyyət olmayıb. Təxminən 40-a yaxın xəstəliklə bağlı müraciət edilib. Aralarında böyüklər olsa da, uşaqlar çoxluq təşkil edir. Xəstəlik bizim kənddə başlamayıb, qonşu kəndlərdən yayılaraq bura gəlib. Xəstəlik virus infeksiyasıdır, hava yolu ilə yoluxur.
İnfeksiyanın inkubasiya dövrü 21 gündür. Xəstəliyə yoluxan şəxs 21 gün heç kimlə təmasda olmamalıdır. Uşaqlar məktəbdə bir-biri ilə ünsiyyətdə olduqlarına görə, xəstəlik yayılıb. Xəstəliyə yoluxan şəxslərə peyvənd vurulub. Onların vəziyyətləri artıq yaxşıdır. Məktəbdə monitorinqlər aparılıb”.
Qovlar şəhər xəstəxanasının baş həkimi Fazil Əliyev isə kənd sakinləri arasında heç bir xəstəliyin yayılmadığını deyib:
“Qulaqdibi” xəstəliyi bizim kənddə deyil, Aşağı Quşçu kəndində yayılıb. Bizim kənddən bu xəstəliklə bağlı hələ ki müraciət edən olmayıb”.
Aşağı Quşçu kənd bələdiyyə sədri Tofiq Hüseynov isə yayılan məlumatların əsassız olduğunu deyib. O bildirib ki, kənd əhalisi arasında “qulaqdibi” xəstəliyi yayılmayıb.
Bu barədə ilk məlumatı BAKU.WS yayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya