ABŞ prezidenti Donald Trump ölkəsinin İran üzərində artıq qələbə qazandığını iddia edib.
Teleqraf xəbər verir ki, o, "Newsmax" telekanalına müsahibəsində “Biz artıq müharibədə qalib gəlmişik, amma mən daha böyük fərqlə qalib gəlmək istəyirəm” deyə qeyd edib.
Xatırladaq ki, Tramp daha əvvəl İrana qarşı zərbələrin bərpasının zəruriliyinə tam əmin olmadığını da açıqlamışdı.