Tramp: Ərdoğan İranın nüvə silahına sahib olmasını istəmir

ABŞ Prezidenti Donald Tramp Türkiyənin regional münaqişələrdə konstruktiv mövqe sərgilədiyini bildirib.

Teleqraf xəbər verir ki, bunu Donald Tramp Ankarada jurnalistlərə açıqlamasında deyib.

"Onlar (Türkiyə-red.) müharibəyə qoşula bilərdilər, lakin bunu etmədilər, bəlkə də bu, mənim sayəmdədir. İranla bağlı vəziyyəti müharibə deyil, sadəcə hərbi əməliyyat idi. Əminəm ki, Ərdoğan ( Türkiyə Prezidenti-red.) İranın nüvə silahına sahib olmasını istəmir. Buna tam əminəm",- o qeyd edib.