Tramp: Hörmüz boğazının nəzarətini ələ keçirməyə başlamışıq

Fevralın 28-də ABŞ və İsrailin Tehrana hücumları ilə başlayan müharibənin üzərindən bir ay keçib.

Sherg.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus, 3 500 dəniz piyadası daşıyan “USS Tripoli” amfibiya hücum gəmisi Yaxın Şərqə çatıb. Bu isə ABŞ-ın İrana qarşı mümkün quru əməliyyatına hazırlaşdığı iddialarını gücləndirib.

Tramp İsrailin "Kanal 14" televiziyasına müsahibəsində “ABŞ Hörmüz boğazına nəzarəti ələ keçirəcəkmi?” sualına “Bəli, bu artıq baş verir” cavabını verib.

O, həmçinin bildirib ki, “Xark adasını ələ keçirərək İran neftini əldə etməyi üstün tutaram”.

Tramp əlavə edib ki, atəşkəslə bağlı razılaşma tez əldə oluna bilər və ABŞ-la İran arasında danışıqlar Pakistan vasitəsilə dolayı şəkildə davam edir və yaxşı gedir.