Tramp: İran nümayəndələrini dinləməyə hazıram

ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin nizamlanması üçün Tehran nümayəndələrini dinləməyə hazır olduğunu bildirib.

Sherg.az xəbər verir ki, Trampın sözlərinə görə, hazırda münaqişənin həlli ilə bağlı danışıqlar davam edir.

ABŞ lideri İranın razılaşma əldə etmək istədiyini, lakin hələ buna tam hazır olmadığını düşündüyünü deyib. "Mən onları dinləməyə hazıram", – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, Tramp daha əvvəl də Tehranla danışıqların aparıldığını açıqlamışdı.

"Bloomberg" isə yazır ki, ABŞ Prezidenti münaqişənin yenidən şiddətlənməsindən narahatdır. Nəşrin məlumatına görə, Ağ Ev administrasiyasının qısa müddətdə başa çatacağını gözlədiyi münaqişə artıq beşinci ayına daxil olub. Döyüşlərin uzanması enerji qiymətlərinin artmasına səbəb olub və bu vəziyyətin noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində respublikaçıların mövqeyinə mənfi təsir göstərə biləcəyi bildirilir.