"ABŞ-nin İranla münaqişəsi çox tezliklə başa çatacaq".
Oxu.Az RBC-ya istinadən xəbər verir ki, bunu ABŞ Prezident Donald Tramp Ağ Evdə keçirilən tədbirdə bildirib.
"Bu, çox vaxt aparmayacaq", - deyə o bildirib.
Vaşinqtonun müharibəni bu həftə bitirə biləcəyi sualına respublikaçı "Mən belə düşünmürəm, lakin bu, tezliklə olacaq" cavabını verib və münaqişə başa çatdıqda dünyamızın daha təhlükəsiz olacağını əlavə edib.