Tramp NATO sammiti üçün Ankaraya min nəfərlik heyətlə gəlir

  • Heyətin bir hissəsi hazırlıq işləri üçün Türkiyəyə əvvəlcədən göndəriləcək

ABŞ Prezidenti Donald Tramp 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO Liderlər Zirvəsinə geniş nümayəndə heyəti ilə qatılacaq.

Sherg.az xəbər verir ki, Trampın səfərinə təhlükəsizlik, logistika və protokol sahələrində fəaliyyət göstərəcək təxminən min nəfərlik komanda cəlb olunub. Heyətin bir hissəsi hazırlıq işləri üçün Türkiyəyə əvvəlcədən göndəriləcək.

ABŞ lideri Ankaraya “Uçan Ağ Ev” kimi təqdim edilən yenilənmiş Boeing 747-8 təyyarəsi ilə gələcək. Səfər çərçivəsində prezidentin istifadə etdiyi Marine One helikopteri və yüksək mühafizə sistemləri ilə təchiz olunmuş “The Beast” (“Canavar”) adlı zirehli limuzin də Türkiyəyə gətiriləcək.

ABŞ və Türkiyə təhlükəsizlik qurumları Trampın hərəkət marşrutları, mühafizə dəhlizləri və avtomobil karvanının təşkili ilə bağlı koordinasiyalı fəaliyyət göstərəcəklər.