Tramp-Putin münasibətlərində “Melania” amili: ABŞ Prezidentini həyat yoldaşı inandırıb
10:18 15.07.2025
Gündəm
391
ABŞ Prezidenti Donald Tramp dünən NATO Baş katibi Mark Rutte ilə birlikdə ABŞ-də jurnalistlər qarşısında çıxış edərək, Rusiya ilə müharibənin üç ildən artıq davam etdiyi Ukraynaya daha çox silah göndəriləcəyini açıqlayıb və Rusiyaya razılaşma əldə etməsi üçün 50 gün vaxt verdiklərini deyib. Tramp əlavə edib ki, əks halda Rusiyaya tətbiq olunan gömrük tarifləri 100 faiz artırılacaq.
Sherg.az xəbər verir ki, Amerika mediası isə son zamanlar Trampın Rusiya Prezidenti Vladimir Putinə yanaşmasında müşahidə olunan dəyişiklikdə həyat yoldaşı Melania Trampın roluna diqqət çəkib.
"Fox News" xəbər kanalının verdiyi məlumata görə, Tramp, Melania Trampın onu Putinin Ukrayna ilə mümkün sülh razılaşması haqqında verdiyi vədlərə əməl etmədiyinə inandırdığını bildirib.
Melania Tramp nə deyib?
Tramp 14 iyul, bazar ertəsi günü etdiyi çıxışda bildirib ki, həyat yoldaşı Melania Tramp Putinlə etdiyi telefon danışığından sonra onun verdiyi "saxta vədlərə" diqqət çəkib.
ABŞ Prezidenti mövzu ilə bağlı belə danışıb:
“Evimə gəlirəm və birinci xanıma deyirəm: "Bilirsən, bu gün Vladimir Putinlə danışdım. Möhtəşəm bir söhbət oldu". O isə mənə cavab verir: "Hə, doğrudanmı? (Ukraynada) bir şəhər daha bombalanıb".
Evə gəlib "Birinci xanım, Vladimirlə əla danışıq apardım. Fikrimcə, bu iş artıq bağlandı"’ dediyim vaxtlar olub. Sonra televizoru açdım və ya o (Melania) bir dəfə mənə belə dedi: "Vay canına… Maraqlıdır, çünki bir qocalar evini bombalayıblar". Mən isə cavab verdim: ‘Nə?!’”
“Putindən razı deyiləm”
ABŞ Prezidenti Donald Tramp, 3 iyul tarixində Putinlə telefon danışığı aparmışdı. Ardınca, ötən həftə Rusiya ard-arda Ukraynaya müharibənin ən güclü iki hava hücumunu həyata keçirdi.
Tramp da həmin həftə verdiyi açıqlamada Putindən razı olmadığını bildirib:
“Çünki çox sayda insanı öldürür”.
Daha sonra bazar ertəsi günü gözlənilən çıxışını edən Tramp, ABŞ-nin Ukraynaya silah göndərişini sürətləndirəcəyini açıqlayıb:
“Silahların göndərilməsi ilə bağlı qərarı bu gün verdik. NATO ilə ən yaxşı nəticə üçün razılaşdıq.”
“Milyardlarla dəyərində hərbi texnika tezliklə göndəriləcək”, – deyə Tramp əlavə edib və “Patriot zenit-raket batareyaları bir neçə gün ərzində yola salınacaq” sözlərini işlədib.
ABŞ Prezidenti son olaraq deyib:
“Rusiyadan heç cür razı deyiləm. Əgər 50 gün ərzində razılaşma əldə olunmasa, gömrük tariflərini 100 faiz artıracağıq.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou
Ebru Gündeşdən sürpriz: Yeni görünüşü sosial medianı silkələdi
18:42 23.04.2026
Şou
Derbi öncəsi gərginlik: "Fənərbağça"dan Dursun Özbəkə cavab gəldi
18:37 23.04.2026
Futbol
İranın yeni müharibə planı: bu hədəflər vurulacaq!
18:29 23.04.2026
Dünya
İrlandiya parlamentariləri Xankəndiyə səfər ediblər
18:21 23.04.2026
Siyasət
İTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu elan edilib
18:14 23.04.2026
Media
Berlində qalmaqal: Pəhləviyə hücum - üzərinə qırmızı maye atıldı
18:07 23.04.2026
Gündəm
ABŞ Prezidenti: İranın liderinin kim olduğu məlum deyil
17:59 23.04.2026
Gündəm
Azərbaycan-Latviya münasibətlərində yeni mərhələ
17:59 23.04.2026
Gündəm
Rumıniyada baş nazirin müavini və altı nazir istefa verib
17:53 23.04.2026
Dünya
Baş Prokurorluqda geniş Kollegiya iclası keçirilib
17:27 23.04.2026
Gündəm