ABŞ prezidenti Donald Tramp Rusiyanın İrana müəyyən dəstək verə biləcəyini bildirib.
Sherg.az xəbər verir ki, o, Fox News telekanalına müsahibəsində rusiyalı həmkarı Vladimir Putin barədə danışarkən deyib: “Düşünürəm ki, o, onlara bir qədər kömək edə bilər, bəli, belə hesab edirəm”.
Tramp əlavə edib ki, Moskva da ABŞ-nin Ukraynaya yardım göstərdiyini nəzərə alaraq belə addımlar ata bilər. “O da düşünür ki, biz Ukraynaya kömək edirik. Əgər səmimi danışsaq, onlar bunu edir, biz də edirik”, – deyə ABŞ prezidenti vurğulayıb.
Bundan əvvəl "The Washington Post" qəzeti mənbələrə istinadən yazmışdı ki, Rusiya İran tərəfinə Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinin yerləşməsi barədə məlumat ötürür. Kremlin isə bu iddialara münasibət bildirmədiyi qeyd olunur.