ABŞ Prezidenti Donald Tramp Ankarada NATO sammiti çərçivəsində ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə keçirdikləri mətbuat konfransının nəticələrindən razı qaldığını bildirib.
Teleqraf xəbər verir ki, D. Tramp sosial şəbəkə hesabında paylaşdığı açıqlamada görüşün çox uğurlu keçdiyini vurğulayıb:
"Prezident Zelenski ilə mətbuat konfransı keçirdik. Hər şey çox yaxşı getdi. Hər kəs bir həll yolu axtarır. Çox müsbət bir görüş oldu".