Trampın ilk 100 GÜNÜ
12:31 29.04.2025
Gündəm
504
ABŞ Prezidenti Donald Tramp prezidentliyinin ikinci dönəminin ilk 100 günündə tətbiq etdiyi tarif siyasəti ilə qlobal ticarətdə gərginliyin artmasına səbəb olub. Sherg.az xəbər verir ki, Tramp, Çinə qarşı ümumi tarif səviyyəsini 145 faizə qədər qaldıraraq, aqressiv tarif addımları ilə ticarət müharibələrini alovlandırıb.
"Əvvəlcə Amerika" şüarı ilə hərəkət etdi
20 yanvarda yenidən Ağ Evin kreslosuna oturan Tramp, bu gün vəzifəsinin 100-cü gününü tamamlayır. Seçki kampaniyası zamanı verdiyi tarif vədlərini yerinə yetirən Tramp, qlobal iqtisadiyyatda dərin əks-səda doğurdu.
"Əvvəlcə Amerika" şüarı ilə hərəkət edən Tramp, xarici ticarət kəsirini azaltmaq, yerli istehsalı gücləndirmək və ədalətsiz ticarət təcrübələrinin qarşısını almaq məqsədilə yeni tariflər tətbiq etdi.
Tramp bütün ticarət tərəfdaşlarını hədəfə aldı
İlk 100 gündə Kanada, Meksika və Çin kimi böyük ticarət tərəfdaşlarına qarşı tariflər tətbiq edən Tramp, strateji sahələr olan polad, alüminium və avtomobil sektorlarını da hədəfə aldı.
Ən əhəmiyyətli addımını isə Tramp 2 aprel tarixində atdı. Bu günü “Qurtuluş Günü” adlandıran Tramp, qarşılıqlı əsaslara əsaslanan yeni tarifləri açıqladı. Əsas tarif səviyyəsinin 10 faiz olacağını bildirən Tramp, digər ölkələrin tətbiq etdiyi tarif və qeyri-tarif maneələrini nəzərə alaraq ölkəyə görə dəyişən gömrük rüsumlarını elan etdi.
Xüsusilə Çinə qarşı tətbiq edilən tariflər, fentanil böhranı səbəbiylə tətbiq olunan vergilərlə birlikdə 145 faizə çatdı. Çindən idxal edilən bəzi məhsullara əvvəlki tariflərlə birlikdə tətbiq edilən ümumi gömrük rüsumu isə 245 faizə qədər yüksəldi.
Hələ heç bir razılaşma xəbəri yoxdur
Kanada və Meksikaya tətbiq edilən tariflərdə müvəqqəti istisnalar tanınsa da, ABŞ-Meksika-Kanada Sazişi (USMCA) çərçivəsində bəzi məhsullara güzəşt və qarşılıqlı tariflərin 90 gün müddətinə dayandırılması Trampın diplomatiya ilə balans yaratmaq cəhdlərini göstərdi.
Ancaq bu tarif siyasəti ABŞ-ın ticarət tərəfdaşları ilə münasibətlərində gərginliyə səbəb oldu və aparılan müzakirələrə dair ziddiyyətli açıqlamalar qlobal bazarlarda qeyri-müəyyənliyi artırdı.
Müzakirələrin necə irəlilədiyi və Çinlə danışıqların başlayıb-başlamadığı hələ bəlli deyil, bu səbəbdən heç bir razılaşma xəbəri verilməyib.
Tramp hər fürsətdə bu siyasətin Amerika işçisini və iqtisadiyyatını qorumağa yönəldiyini vurğulasa da, iqtisadçılar bu tariflərin amerikalı istehlakçılar üçün daha yüksək qiymət və inflyasiya demək olduğunu bildirirlər. Həmçinin bu addımlar ABŞ iqtisadiyyatı üçün tənəzzül riskini artırır.
Trampın ticarət baxışının iqtisadiyyatda proteksionizmin sərhədlərini zorladığı və qlobal ticarət sistemində yeni bir dövrün qapısını açdığı qeyd olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - VİDEO
15:54 02.10.2026
Cəmiyyət
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
15:49 02.10.2026
Elm və Təhsil
Qayınanası Pünhana 1 kilo yarım qızıl taxdı - VİDEO
15:42 02.10.2026
Şou