Türk adları bərpa olunmalıdır - Faiq Ələkbərli

AMEA-da Qərbi Azərbaycanla bağlı komissiya yaradılıb
  Qərbi Azərbaycanda yer adları ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) komissiya yaradılıb. Bu məqsədlə keçirilən iclasda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, eləcə də Akademiyada Qərbi Azərbaycanla bağlı tədqiqatlar aparan alimlər və aidiyyəti şəxslər iştirak ediblər. Həmçinin Qərbi Azərbaycanla bağlı AMEA-nın Tarix və Şərqşünaslıq institutlarının, Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyində mövcud olan xəritələrin müzakirə edilərək vahid qərara gəlinməsinin planlaşdırıldığını söyləyib. Bundan əlavə, Dilçilik İnstitutunun Toponimika şöbəsində ermənilər tərəfindən dəyişdirilmiş yer adlarının bərpasını əks etdirən “Toponimiya toplusu”nun hazırlanacağını diqqətə çatdırıb. Prezident İlham Əliyevin 2022-ci ilin dekabr ayından etibarən Qərbi Azərbaycan istiqamətində məqsədli, genişləndirilmiş və sistemli iş apardığını deyən akademik İsa Həbibbəyli Qərbi Azərbaycan İcmasının təşəbbüsü əsasında artıq BMT, UNESCO və dünyanın digər beynəlxalq təşkilatları səviyyəsində qərarların qəbul olunduğunu, hətta Avropa İttifaqı səviyyəsində müzakirələrin aparıldığını diqqətə çatdırıb. Qeyd edib ki, Qərbi Azərbaycan məsələsi ictimai-siyasi, tarixi, elmi əhəmiyyəti ilə bərabər, Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində artıq Ermənistanla danışıqlar prosesinin bir parçasına çevrilib və de-fakto beynəlxalq səviyyədə müzakirə mövzusudur. AMEA-nın ölkə başçısının Qərbi Azərbaycanla bağlı çağırışlarına ilk gündən reaksiya verərək bu istiqamətdə sistematik qərarlar qəbul etdiyini bildirən akademik İsa Həbibbəyli artıq genişmiqyaslı işlərin həyata keçirildiyini, AMEA-nın Rəyasət Heyətinin qərarı ilə A.A.Bakıxanov adına Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsi, Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru şöbəsi və Nəsimi adına Dilçilik İnstitutunda Toponimika şöbəsinin yaradıldığını vurğulayıb. Eyni zamanda AMEA-nın Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə Şurasının yaradıldığını və artıq bir neçə iclasının keçirildiyini, “Qərbi Azərbaycan Ensiklopediyası”nın hazırlanması ilə bağlı yaradılmış İşçi qrup tərəfindən isə ensiklopediyanın sözlüyü üzərində işlərin davam etdirildiyini, sözlüyün sentyabr ayında Rəyasət Heyətinin və Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə Şurasının müzakirəsinə çıxarılacağını bildirib. Həmçinin Qərbi Azərbaycanla bağlı AMEA-nın Tarix və Şərqşünaslıq institutlarının, Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyində mövcud olan xəritələrin müzakirə edilərək vahid qərara gəlinməsinin planlaşdırıldığını söyləyib. Bundan əlavə, Dilçilik İnstitutunun Toponimika şöbəsində ermənilər tərəfindən dəyişdirilmiş yer adlarının bərpasını əks etdirən “Toponimiya toplusu”nun hazırlanacağını diqqətə çatdırıb. Qeyd olunub ki, yer adları ermənilər tərəfindən tarixi toponimlərimiz dəyişdirilməzdən öncə hansı adda olubsa, həmin formada da dəqiqləşdirilərək rəy veriləcəkdir. Akademiya rəhbəri AMEA alimlərinin ölkə başçısının Qərbi Azərbaycanla bağlı tapşırıqlarının öhdəsindən layiqincə gələcəklərini söyləyib.
  Sonra çıxış edən Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Akademiyada Qərbi Azərbaycanla bağlı aparılan sistematik tədqiqatlara görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib. Qərbi Azərbaycanın Vedi rayonunun Qaralar kəndində doğulduğunu və Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə Vedi rayonunun Ararat, Qaralar kəndinin isə Aralez adlandırıldığını deyən Əziz Ələkbərli Nazirlər Kabinetinin sözügedən qərarının Azərbaycanın tarixi toponimlərinin bərpasında mühüm rol oynayacağını söyləyib. Qeyd edib ki, 1935-ci ildən başlayaraq Qərbi Azərbaycanda xalqımıza məxsus tarixi toponimlər soyqırıma məruz qalıb və onlar ermənilər tərəfindən sistemli şəkildə dəyişdirilib. İcma sədri toponimlərlə bərabər, Qərbi Azərbaycanda xalqımıza məxsus mikrotoponimlərin də toplanmasının vacib faktorlardan olduğunu bildirib. O, Qərbi Azərbaycan İcmasının Nazirlər Kabinetinin sözügedən qərarının icrasında və aparılan tədqiqatlarda ortaya çıxan məsələlərin həllində AMEA-ya zəruri dəstəyi verəcəyini söyləyib.
  AMEA-nın əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli "Sherg.az"a bildirib ki, indiki Ermənistan ərazisində, yəni tarixi Azərbaycan torpaqlarında bir çox yer adları ciddi şəkildə təhrif olunub, tamamilə dəyişdirilib. Alimin sözlərinə görə, Qərbi Azərbaycanın şəhər və kəndləri, çay və dağları əsrlər boyu türk adları daşıyıb:
"İrəvan şəhəri məhz türklüyün ifadəsidir. "Sevan" adlandırılan Göycə gölü birmənalı şəkildə Azərbaycan türkləri ilə bağlıdır. O cümlədən Dərələyəz, Qaraqoyunlu, Qırmızı bazar və s. adlar həmin torpaqların kimə məxsus olmasının həm də sübutudur. Hamısı ötən müddət ərzində, təbii ki, torpaqlarımız bizdən alınandan sonra məqsədyönlü şəkildə dəyişdirilib. O baxımdan bu məsələ ilə ciddi məşğul olunmalıdır. Sovet dövründə Azərbaycanda dəyişdirilən, təhrif olunan adlar məhz ermənilərin marağına uyğun olub. Əfsuslar olsun ki, hələ də bəzi kitablarda, mətbuatda yer adları ermənilərin uydurduğu şəkildə əksini tapır. Bunlar yolverilməzdir. İrəvan və digər şəhərlərin adlarının hər yerdə eyni formada ifadə olunması çox vacibdir. Şübhəsiz, Qərbi azərbaycanlılar da öz dədə-baba yurdlarına geri döndükdə toponimlərimiz uydurma adlardan xilas edilməli, türk adları bərpa olunmalıdır".